09:36 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
26 0 0

Məktubda, həmçinin status-kvonun davamlı ola bilməyəcəyi və həmsədrlərin danışıqları daha etibarlı şəkildə yenidən başlamalarına ehtiyacın olduğu qeyd olunur

BAKI, 2 noyabr — Sputnik. Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefanonun Ermənistanın törətdiyi təcavüzlə bağlı Azərbaycan Respublikasının Energetika Nazirliyinin müraciətinə cavab məktubu daxil olub.

Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, məktubda İtaliya hökumətinin cari il sentyabrın 27-dən etibarən təmas xətti boyunca şiddətli toqquşmalar başlayandan bəri baş vermiş hadisələri narahatlıqla izlədiyi bildirilərək Azərbaycan ərazisində, xüsusilə Gəncədə yaşayış məntəqələrinə qarşı edilən hücumların, ballistik raket atəşlərinin kəskin şəkildə qınandığı və mülki şəxslərin həyatını itirməsi ilə bağlı başsağlığı verildiyi qeyd edilir.

Məktubda, həmçinin status-kvonun davamlı ola bilməyəcəyi və həmsədrlərin danışıqları daha etibarlı şəkildə yenidən başlamalarına ehtiyacın olduğu, 2 onillikdən çox müddət ərzində nəticəsiz danışıqların Azərbaycan tərəfini narahat etməsinin tam anlaşılan olduğu qeyd edilib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müvafiq BMT və ATƏT sənədlərində və qərarlarında təsbit edildiyi kimi Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həllinin dəstəkləndiyi bildirilib.

Xatırladaq ki, Energetika naziri Pərviz Şahbazovun həmsədr olduğu Azərbaycan Respublikası ilə müvafiq ölkələr arasında hökumətlərarası komissiyaların qarşı tərəflərdən olan həmsədrləri Ermənistanın Azərbaycana qarşı son təxribatları, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərin həlak olması və yaralanması, həmçinin strateji əhəmiyyətli enerji infrastrukturu obyektlərinin hədəfə alınması barədə məlumatlandırılıb.

Əlaqədar

Dağlıq Qarabağ və ətraf regionların enerji potensialı
Energetika Nazirliyində vətəndaş qəbulu dayandırılıb
Professor: “Hasilatın artırılması neft bazarındakı mövcud balansı dağıda bilər”
İşğaldan azad olunmuş ərazilərində müvəqqəti idarəetmənin təşkili haqqında fərman verildi
Ərazilərin işğaldan azad edilməsi Azərbaycan iqtisadiyyatına nə vəd edir?
Teqlər:
cavab, məktub, həmsədr, İtaliya, Energetika Nazirliyi

Əsas mövzular