Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan nefti ucuzlaşıb

© Sputnik / Murad OrujovBakıda neft nasosları
Bakıda neft nasosları - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 24 oktyabr — Sputnik. Dünya bazarında "Azeri Light" markalı neftin qiyməti cüzi azalıb.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,16 dollar və ya 0,38% azalaraq 42,47 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,69 dollar geriləyərək 41,77 dollar, "Light" markalı neftin qiyməti isə 0,79 dollar ucuzlaşaraq 39,85 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xəbər lenti
0