QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Gəncəyə raket zərbəsi Azərbaycan-Gürcüstan elektrik xəttində qəza törədib

© Sputnik / Rahim Muradovİşıq dirəyi, arxiv şəkli
İşıq dirəyi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Azərenerji” ASC əməkdaşları qısa vaxt ərzində Azərbaycandan Gürcüstana enerji ötürülən xətdə baş verən qəzanı aradan qaldırıblar

BAKI, 17 oktyabr — Sputnik. Oktyabrın 17-də təcavüzkar erməni silahlı birləşmələrinin raket zərbələri nəticəsində Azərbaycan-Gürcüstan elektrik xətti zədələnib.

“Azərenerji” ASC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Mingəçevir şəhərində yerləşən elektrik stansiyalarına hədəflənmiş raketlər havada məhv edilsə də, Gəncə istiqamətində endirilən zərbə beynəlxalq əhəmiyyətli 500 kV-luq Samux-Qardabani hava elektrik xəttində qəzaya səbəb olub.

24 saat fasiləsiz xidmət göstərən “Azərenerji” ASC əməkdaşları qısa vaxt ərzində Azərbaycandan Gürcüstana enerji ötürülən xəttə baş verən qəzanı aradan qaldırıblar. 

Xəbər lenti
0