23:05 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
140 0 0

Bununla da şəxslərin banka yaxınlaşmadan məsafədən bank xidmətlərini operativ şəkildə əldə edilməsi, bu zaman tələb olunan məlumatların kağız daşıyıcılarında təqdim edilməsi zərurətinin aradan qaldırılması təmin edilib

BAKI, 13 oktyabr — Sputnik. Mərkəzi Bank tərəfindən İBM şirkəti ilə birgə Rəqəmsal İdentifikasiya Sistemi (RİS) yaradılıb.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a məlumat verilib ki, qeyd edilən layihə çərçivəsində ölkədə ilk dəfə Hyperledger Fabric blokçeyn platforması tətbiq edilmiş və məlumatların həmin paylanılmış reyestr texnologiyasına əsaslanan verilənlər bazasında tam məxfiliyi qorunmaqla saxlanılması təmin edilib. Eyni zamanda, təklif olunan elektron bank xidmətlərinin əhatə dairəsinin artırılması, "müştəri-bank" münasibətlərinin daha müasir müstəvidə qurulması, həmin xidmətləri ən son texnoloji həllər üzərində yaradaraq keyfiyyətcə yeni mərhələyə qaldırılması və bununla da müştəri məmnunluğunun yüksəldilməsi əsas hədəflərdən biri olub.

Layihə çərçivəsində hüquqi və fiziki şəxslər tərəfindən məsafədən maliyyə-bank xidmətləri əldə edilən zaman öz müştərini tanı siyasətinə uyğun olaraq onların identifikasiya edilməsi ilə pilot olaraq bank hesablarının açılması və ödəniş kartlarının əldə olunması imkanı yaradılıb. Bununla da şəxslərin banka yaxınlaşmadan məsafədən bank xidmətlərini operativ şəkildə əldə edilməsi, bu zaman tələb olunan məlumatların kağız daşıyıcılarında təqdim edilməsi zərurətinin aradan qaldırılması, o cümlədən məlumatların tamlığı, əlçatanlığı və məxfiliyi təmin edilib.

Sözügedən rəqəmsal bank xidmətləri RİS-in xüsusi təyinatlı altsistemlərinin müvafiq internet səhifələri (https://bankid.az, https://bankmartket.az) və mobil tətbiqi (Android və iOS platformalı) vasitəsilə daha əlçatan olub. Hazırda "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Accessbank" QSC, "Azər-Türk Bank" ASC, "Bank Respublika" ASC, "Expressbank" ASC, "Kapital Bank" ASC, "Muğanbank" ASC, "Rabitəbank" ASC, "Unibank" KB ASC, "Bank VTB (Azərbaycan)" ASC RİS-ə inteqrasiya olunub.

Gələcəkdə adıçəkilən sistemin funksional imkanlarının və əhatə dairəsinin genişləndirilməsi, o cümlədən xidmət təchizatçılarının sayının və göstərilən rəqəmsal xidmətlərin çeşidinin artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi təmin olunacaq.

Teqlər:
banklar, vətəndaşlar, sistem, Mərkəzi Bank

Əsas mövzular