08:34 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
58 0 0

"Dağlıq Qarabağla bağlı gərginliyin davam etdiyi bir vaxtda baş verən hadisələr ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcək" - "Fitch"

BAKI, 7 oktyabr — Sputnik. "Fitch" Beynəlxalq Reytinq Agentliyi Ermənistanla bağlı bədbin proqnoz açıqlayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, agentlik Ermənistanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini "BB"-dən "B+" səviyyəsinə endirib. "Fitch" bununla da Ermənistanın borc səviyyəsinin azaldılacağına inamlarının qalmadığını bildirib.

Ermənistanda cari ildə iqtisadi tənəzzülün düşünüldüyündən daha kəskin olduğunu açıqlayan agentlik bildirib ki, yaranmış vəziyyət dövlət borclarının da artımına səbəb olacaq: "Önümüzdəki müddətdə Ermənistanın dövlət borcları təxmin edildiyindən də yüksək olacaq".

"Fitch"in proqnozlarına görə, bu ilin sonuna qədər Ermənistanın dövlət borcu Ümumi Daxili Məhsula (ÜDM) nisbətdə 63.9 səviyyəsinə çatacaq.

Bununla yanaşı, qeyd olunub ki, Dağlıq Qarabağla bağlı gərginliyin davam etdiyi bir vaxtda baş verən hadisələr də ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcək.

Əsas mövzular