QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

SOCAR: Bakı-Tbilisi-Ceyhan neft boru kəməri öz fəaliyyətini davam etdirir

© AFP 2023 / GENT SHKULLAKUСтроительство трубопровода, фото из архива
Строительство трубопровода, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
SOCAR rəsmisi: "Azərbaycanın neft-qaz infrastrukturunu hədəfə almaqla Ermənistan təkcə bizim ölkənin deyil, Avropa İttifaqının da enerji təhlükəsizliyinə qarşı ciddi təhlükələr yaradır".

BAKI, 7 oktyabr - Sputnik. Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri hazırda əvvəlki kimi öz fəaliyyətini davam etdirir.

Sputnik Azərbaycan Azərtac-a istinadla xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. O, Ermənistanın təkcə bizim deyil, Avropa İttifaqının da enerji təhlükəsizliyini təhdid etdiyini deyib: 

“Azərbaycanın Baş Prokurorluğuna istinadən yayılmış xəbərdə bildirilir ki, Ermənistanın silahlı qüvvələri tərəfindən Yevlax rayonu ərazisində Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini hədəf alan raket zərbələrinin qarşısı alınıb. Boru kəmərinin operatorundan aldığımız məlumata görə, BTC ixrac boru kəməri hazırda əvvəlki kimi öz fəaliyyətini davam etdirir. BTC boru kəmərinin paydaşları arasında dünyanın müxtəlif aparıcı enerji şirkətləri yer almaqdadır. Azərbaycanın neft-qaz infrastrukturunu hədəfə almaqla Ermənistan təkcə bizim ölkənin deyil, Avropa İttifaqının da enerji təhlükəsizliyinə qarşı ciddi təhlükələr yaradır".

O qeyd edib ki, bu, təhdid yeni deyil. Sonuncu dəfə cari ilin iyul ayında Tovuz rayonunda Ermənistan silahlı qüvvələrinin hücumu beynəlxalq əhəmiyyətli neft-qaz infrastrukturumuzu birbaşa təhlükə altına qoymuşdu.

"Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarının Ermənistanın uzunmüddətli işğalı altında olması beynəlxalq neft və qaz boru kəmərləri üçün daimi təhdid və təhlükə mənbəyidir. Azərbaycanın Milli Ordusu hazırda Ermənistanın hücumlarını dəf etməklə, bu infrastrukturun təhlükəsizliyini təmin edən əsas amildir. Azərbaycan Ordusunun hazırkı əks-həmlə əməliyyatı işğal altında olan əraziləri tam azad etməklə Ermənistanın təhdidlərini tam aradan qaldıra biləcək yeganə amil kimi görünür. Bu isə boru kəmərlərimizin davamlı təhlükəsizliyini də təmin edəcək”, - deyə Əhmədov əlavə edib. 

Xəbər lenti
0