21:50 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
16 0 0

"Atabank", "Amrah Bank", "AGBank" və "NBC Bank" ASC-lərin 21,5 min qorunan əmanətçisinə 507,9 milyon manat kompensasiya ödənilib

BAKI, 5 sentyabr — Sputnik. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu "Atabank", "Amrah Bank", "AGBank" və "NBC Bank" ASC-lərin 21,5 min qorunan əmanətçisinə 507,9 milyon manat kompensasiya ödəyib. Sputnik Azərbacan-ın məlumatına görə, bu barədə Fondun açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, "Atabank"ın 8,8 min əmanətçisi 201,5 milyon manat, "Amrah Bank"ın 5,4 min əmanətçisi 129 milyon manat, "AGBank"ın 3,7 min əmanətçisi 69,1 milyon manat, "NBC Bank"ın isə 3,7 min əmanətçisi 108,4 milyon manat kompensasiya alıb.

"Atabank" və "Amrah Bank"ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Kapital Bank" ASC-nin adlı debet kartları və "Xəzri" sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

"AGBank" və "NBC Bank"ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

"Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Əlaqədar

Əhalinin dollar ajiotajı nə ilə bağlıdır - İnsanlar niyə narahatdır
Bu necə bir qanundur: alana cəza var, verənə - yox?
Sahibkarlara kreditlə bağlı müraciət edildi
Azərbaycanın pul bazası haqda hər şey
Konstitusiya Məhkəməsi əmanətlərin sığortalanması ilə bağlı qərar qəbul edib

Əsas mövzular