CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Neft Fondu bu il valyuta satışını artırıb

© AFP 2023 / Getty Images / Ethan MillerДоллары в руках
Доллары в руках  - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ilin yanvar-avqust aylarında ARDNF tərəfindən 5 003,7 mln. dollar məbləğində vəsait satılıb ki, bu da illik ifadədə 28,5% çoxdur

BAKI, 1 sentyabr — Sputnik. Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin avqust ayı ərzində 478,0 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Sputnik Azərbaycan bu barədə Dövlət Neft Fonduna istinadən xəbər verir.

Avqustda valyuta satışında iyul ayı ilə müqayisədə 7,3% azalma qeydə alınıb. Belə ki, 2020-ci ilin iyul ayı ərzində ARDNF tərəfindən 515,5 mln. dollar məbləğində vəsait satılıb.

Bu ilin yanvar-avqust aylarında ARDNF tərəfindən 5 003,7 mln. dollar məbləğində vəsait satılıb ki, bu da illik ifadədə 28,5% çoxdur.

Xəbər lenti
0