CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bir ilk - Fermerlərin işi daha da asanlaşır

© AR Ministry of AgricultureУборка урожая зерновых
Уборка урожая зерновых - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkədə qeyri-həyat sığortası ilə məşğul olan digər şirkətlər də "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin fəaliyyətində iştirak edə bilər

BAKI, 1 sentyabr — Sputnik. Azərbaycanda ilk dəfə Aqrar Sığorta Şirkəti yaradılıb.

Aqrar Sığorta Fondunun İctimaiyyətlə əlaqələr xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycanda aqrar sığorta mexanizminin yaradılması üçün həyata keçirilən tədbirlər çərçivəsində mühüm addım atılıb. İlk dəfə olaraq ölkədə ixtisaslaşmış müştərək sığorta şirkəti – "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC yaradılıb.

"Aqrar sığorta haqqında" qanuna uyğun olaraq yeni şirkət aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən idarəedici qurumdur. Şirkət sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirəcək.

"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC ölkədə qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən və cəmiyyətin fəaliyyətində iştirak etmək niyyətində olan 7 şirkət tərəfindən təsis edilib. Müştərək şirkətin təsisçiləri – "Paşa Sığorta" ASC, "Qala Sığorta" ASC, "Meqa Sığorta" ASC, "Azərbaycan Sənaye Sığorta" ASC, "Xalq Sığorta" ASC, "AZSIĞORTA" ASC, "Bakı Sığorta" ASC şirkətləridir. "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin nizamnamə fondu 2 milyon 187,5 min manat həcmində müəyyən edilib. Hər bir təsisçinin payı 312,5 min manat nəzərdə tutulub. Təsisçi şirkətlər aqrar sığorta sistemində vasitəçi sığorta şirkəti kimi fəaliyyət göstərəcəklər.

"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin yaradılmasından sonra sığorta fəaliyyəti üçün lisenziyanın əldə edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankına (AMB) yekun müraciət ediləcək. Ölkədə qeyri-həyat sığortası ilə məşğul olan digər şirkətlər də "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin fəaliyyətində iştirak edə bilər.

Xəbər lenti
0