CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu necə bir qanundur: alana cəza var, verənə - yox?

© AFP 2023 / ADEM ALTANСотрудницы банка, фото из архива
Сотрудницы банка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Cinayət Məcəlləsində bank rəhbərləri, bank sahibləri üçün, hətta qanunsuz kreditlərin verilməsinə görə də cəzalar nəzərdə tutulmalıdır. Məsələn, bu gün Cinayət Məcəlləsində qanunsuz kredit almağa görə cəza var, amma qanunsuz kredit verməyə görə cəza yoxdur".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik. Bu yaxınlarda Mərkəzi Bankın sədri Elman Rüstəmov Cinayət Məcəlləsinə maliyyə xidmətləri istehlakçılarını aldatmaq hallarına qarşı daha konkret cəzaların və müddəaların daxil edilməsini təklif edib.

Sputnik Azərbaycan xəbər verir ki, Mərkəzi Bankın sədri deyib: "Cinayət Məcəlləsində dələduzluq, aldatma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və saxtakarlıq üzrə kifayət qədər maddələr var. Bu maddələri bir daha konkretləşdirmək lazımdır. O cümlədən də maliyyə xidmətləri istehlakçılarına yalan məlumat vermək, onları aldatmaq hallarına qarşı daha konkret cəzalar və müddəalar daxil edilməlidir. Biz həm bank ictimaiyyəti, həm də aidiyyəti qurumlarla məsləhətləşmələr aparacağıq. Məsləhətləşmələrdən sonra belə bir təşəbbüslə çıxış etmək fikrimiz var. Əhalinin, biznesin mənafeləri, istənilən maliyyə xidməti istehlakçılarının maliyyə hüquqları tam qanunvericilik və requlyativ nəzarət çərçivəsində qorunmalıdır".

Пачка азербайджанских манатов в руке. Архивное фото - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Mərkəzi Bank bilirdi ki, heç kim əməl etməyəcək: indi sahibkar borcludur, bank isə yox

Qeyd edək ki, 4 bankın lisenziyalarının geri alındığı və ləğvetmə prosesi dövründə Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu banklar tərəfindən əmanətlərin qəbulu zamanı pozuntulara və nöqsanlara yol verdiklərini aşkar etmişlər. Nəticədə bağlanan banklarda əmanət qoyan bir sıra şəxslərin əmanətlərini geri almasında problem yaşanıb. Çünki araşdırma aparılana qədər o vaxt götürülən qanunsuz əmanətlər müvəqqəti bloklanıb. Konstitusiya Məhkəməsinin qərarına əsasən, bağlanan 4 bankda təshih tədbirlərinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanət hesab edilib. Və avqustun 14-dən etibarən bu əmanətlərin qaytarılmasına başlanılıb.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında E.Rüstəmovun təklifini müsbət qiymətləndirib: "Bu təklifə görə, əgər Mərkəzi Bank hansısa banka müəyyən qadağa qoyursa və həmin bank qadağanı bilərəkdən pozursa, o bankın rəhbərliyi cəzalanmalıdır. Yəni bu gün o qadağanı bilərəkdən pozan bank rəhbərləri yalnız inzibati xəta törətmiş sayılırlar. İnzibati Xətalar Məcəlləsinə görə də həmin bankın rəhbərliyi cəmi 3 min manat cərimələnir. İndi Mərkəzi Bankın sədri deyir ki, bununla bağlı Cinayət Məcəlləsində də maddə öz əksini tapsın və belə bankirlərə qarşı daha ağır cəza verilsin. Düşünürəm ki, müsbət təklifdir və lazımlıdır".

Bir iş, iki əməl: Bank bağlanıb, vəsait ayrılıb, amma nə o tərəf razıdır, nə bu tərəf>>

Ekspert bildirib ki, ümumiyyətlə, Cinayət Məcəlləsində bank rəhbərləri, bank sahibləri üçün, hətta qanunsuz kreditlərin verilməsinə görə də cəzalar nəzərdə tutulmalıdır: "Məsələn, bu gün Cinayət Məcəlləsində qanunsuz kredit almağa görə cəza var, amma qanunsuz kredit verməyə görə cəza yoxdur. Əgər şəxs bankı aldadıb kredit götürürsə, həmin şəxs cəzalanır. Lakin bank şəxsə bilərəkdən qanunsuz kredit verirsə, buna görə bankirlərə cəza yoxdur".

"Bu baxımdan mən də hesab edirəm ki, Cinayət Məcəlləsində cəzalar olmalıdır. Amma eyni zamanda bu cəzalar Mərkəzi Bankın da vəzifəli şəxslərini əhatə etməlidir. Konstitusiya Məhkəməsinin son qərarında da öz əksini tapıb ki, Mərkəzi Bank banklara qadağa qoymaqla yanaşı, həm də buna nəzarət etməlidir", - deyə ekspert əlavə edib.

Qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov onu da bildirib ki, banklarda audit məsələlərinin gücləndirilməsinə diqqət ediləcək: "Bankların daxili nəzarət sistemlərini, daxili və xarici audit məsələlərini gücləndirmək istəyirik, çoxtərəfli yaxşı koordinasiya olunmuş nəzarət sistemi qoyulacaq. Mərkəzi Bankın bu məsələlərə diqqəti artıb. Bundan sonra da bu məsələləri operativ izləyəcəyik. Maliyyə vəziyyətində problem olan banklarda bu, tez-tez baş verə bilər, xüsusi olaraq, risk qruplarını müəyyənləşdirəcəyik ki, bunlar kimlərdir?"

Xəbər lenti
0