CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələn həftə bir qadağa bitir: icazə üçün ASAN-a getmək lazımdır

© AFP 2023 / MIGUEL RIOPAМассовый лов рыбы, фото из архива
Массовый лов рыбы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sənaye balıq ovu məşğul olmaq istəyən şəxslər 5 saylı "ASAN" Xidmət Mərkəzinə müraciət edərək müvafiq icazə sənədini əldə etməlidirlər

BAKI, 26 avqust — Sputnik. Balıqların kürüləmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabrın 1-də bitir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi birgə məlumat yayıb.

Hər iki qurum sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırır ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə etməlidirlər. Məlumat üçün bildirək ki, ov zamanı zəhərli, kimyəvi və partlayıcı maddələrdən, eyni zamanda qanunla ölkədə dövriyyəsi qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq və digər alətlərdən istifadə edən şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar. Sənaye balıq ovu məşğul olmaq istəyən şəxslər 5 saylı "ASAN" Xidmət Mərkəzinə müraciət edərək müvafiq icazə sənədini əldə etməlidir. Üzən vasitələr müvafiq qaydada qeydiyyatdan keçirilməli, ovlanmış balıq və digər su bioresursları barədə məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparılmalıdır.

Xəbər lenti
0