01:03 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
18 0 0

Qeyd olunan dövrdə əhalinin nominal gəlirləri 32144,8 milyon manat, hər nəfərinə düşən nominal gəlir isə 3225,9 manat olub.

BAKI, 25 avqust — Sputnik. 2020-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 13960,2 milyon manat olub. Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, qeyd olunan dövrdə dövlət büdcəsinin xərcləri isə 14142,6 milyon manat təşkil edib. Bu dövrdə dövlət büdcəsində yaranan kəsr isə 182,4 milyon manat olub.

Komitənin məumatına görə, qeyd olunan dövrdə əhalinin nominal gəlirləri 32144,8 milyon manat, hər nəfərinə düşən nominal gəlir isə 3225,9 manata çatıb.

Əsas mövzular