Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qardaş ölkənin inkişafını dəyişəcək hadisə - Prezident "böyük olayın" anonsunu verdi

© Sputnik / Sergey Guneev / Mediabanka keçidПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bloomberg News agentliyinin məlumatı təsdiqini yaparsa, Türkiyənin və bütövlükdə regionun inkişafında yeni səhifə açılacaq.

BAKI, 19 avqust - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan maraqlı bir açıqlama ilə çıxış edib. Ərdoğan cümə günü Türtkiyə üçün böyük hadisə olacaq bir müjdə verəcəyini bildirib.

"İnşallah, cümə günü bütün millətimizə bir müjdə verəcəyəm. Və hazırda biz də bu müjdənin xəyalları, röyası içindəyik. İnşallah cümə günü bütün millətimizə bu müjdəni verməklə Türkiyədə yeni bir dönəmin açılacağına inanıram".

Bloomberg News-un məlumatına görə, söhbət Qara dənizdə tapılmış karbohidrat yatağından gedir. Agentlik bu xəbəri iki məlumatlı mənbəyə əsasən verir. Məlumata əsasən, söhbət təbii qaz yatağından gedir. 

Prezidentin bu müjdəsindən sonra türk lirəsi ABŞ dollarına nisbətən vəziyyətini 1% düzəldib. Enerji şirkətləri Tüpraş və Petkimin səhmləri isə birjada ciddi yüksəlib.

Xəbər lenti
0