Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Məntiq tapmacası: Nə alan var, nə də satan, amma qiymət üstünə qiymət gəlir

© AFP 2023 / STRАвтомобили, ожидающие погрузки на судно, фото из архива
Автомобили, ожидающие погрузки на судно, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Ölkəmizdə avtomobil kreditlərinin faiz dərəcələri həddindən artıq yüksəkdir. Bu, əhalinin sosial vəziyyətinə ciddi şəkildə mənfi təsir göstərir. Ümumiyyətlə, ölkədə kredit faiz dərəcələrinin yüksək olması Azərbaycan iqtisadiyyatının əsas bəlalarından biridir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 avqust — Sputnik. Bu ilin ikinci rübündə Azərbaycanda avtomobil kreditləri üzrə orta faiz dərəcəsi artıb. 

Beynəlxalq Bankın Mətbuat filialı qarşısında növbə - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Kreditlərlə bağlı təklif hələ də aktualdır - Nə bank zərər görəcək, nə müştəri
Sputnik Azərbaycan Mərkəzi Bankın saytına istinadən xəbər verir ki, bu ilin iyulun 1-nə milli valyutada verilən avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 18%, dollarda verilən kreditlər üzrə isə 16% təşkil edib.

Qeyd edək ki, bu il aprelin 1-nə avtomobil kreditləri üzrə orta faiz dərəcəsi müvafiq olaraq 17% və 15% səviyyəsində olub. Bu ilin ikinci rübündə birinci rüb ilə müqayisədə 1% artım olub.

Avtomobil kreditlərinin bahalaşması ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə avtomobil kreditlərinin faiz dərəcələri həddindən artıq yüksəkdir: "Bu, əhalinin sosial vəziyyətinə ciddi şəkildə mənfi təsir göstərir. Ümumiyyətlə, ölkədə kredit faiz dərəcələrinin yüksək olması Azərbaycan iqtisadiyyatının əsas bəlalarından biridir. Avtomobil kreditlərində yüksək faiz göstəriciləri kredit yükü kimi əhalinin maddi imkanlarını, iqtisadi resurslarını daraldır. Avtomobil kreditləri bir tərəfdən istehlak kreditidir, yəni iqtisadiyyatın real sektoruna dəstək vermir. Çünki avtomobillərin əksəriyyəti idxal olunur".

Ekspert bildirib ki, digər tərəfdən, bu, ölkədən valyuta axınının stimullaşdırılmasıdır: "Nə qədər faiz yüksək olursa, o qədər avtomobil qiymətləri baha olur. Qiymətlərin də baha olması ölkədən valyuta axınının sürətlənməsi deməkdir, çünki bunlar idxal məhsullarıdır. Düşünmürəm ki, əhalinin imkanlarının artmasına görə avtomobil kreditləri bahalaşıb. Əhalinin gəlirlərində elə bir artım hiss olunmur. Avtomobil kreditlərinin bahalaşması tələbin artması ilə bağlı deyil. Bu, təklif sahəsindəki inhisarçılıq, xərclərin yüksək olması ilə bağlıdır".

"Faktiki olaraq banklar risklərin əksəriyyətini istehlakçıların, alıcıların üzərinə qoyurlar. Nəticədə bir şəxs avtomobili dəyərindən 2-3 dəfə baha almış olur, çünki faizlər olduqca yüksəkdir. Bu işlər əhalinin gəlirlərinə uyğun formalaşmalıdır. Problemə sistemli yanaşmaq lazımdır. Bank sektorunda inhisarçılıq, qeyri-tarazlı vəziyyət imkan vermir ki, faiz dərəcələri aşağı salınsın. Əgər bank kredit resursunu 8 faizlə alıb istehlakçıya 15-16 faizlə təklif edirsə, bu, normal hal deyil" – deyə professor qeyd edib.

O bildirib ki, bankın götürdüyü mənfəət göstəricisi 1-2 faiz olmalıdır: "Bunun aradan qaldırılması üçün hesab edirəm ki, bank sektorunda dövlətin iştirakı artırılmalıdır. Dövlət bank sektoruna ciddi şəkildə müdaxilə etməlidir. Burada rəqabət mühiti formalaşmalıdır. Rəqabət mühitində kommersiya bankları bazarda qalmaq üçün məcburən faizləri aşağı salacaq".

Xəbər lenti
0