Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Özlərinə problem deyil, bizim isə başımız ağrıyacaq – İran bazarımıza hücuma keçə bilər

© AFP 2023 / ATTA KENAREРынок в Иране, фото из архива
Рынок в Иране, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "İstisna deyil ki, bazarda İran məhsullarının Azərbaycan məhsullarından xeyli dərəcədə ucuz olması hallarına rast gələcəyik"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 iyul — Sputnik. "İranda tümənin ucuzlaşması bu ölkənin iqtisadiyyatı üçün ciddi mənfi təsirə səbəb olmur. Çünki İranın daxili bazarında və ilk növbədə istehlak bazarında idxaldan asılılıq aşağı səviyyədədir. Və İran istehsalçıları daxili bazarın tələbatına uyğun məhsul və xidmətlər istehsal edə bilirlər".

Уборка и переработка риса, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Əziyyəti çox, qiyməti baha, gəliri az - Özümüz əkmirik, gətirəndən də şikayət edirik

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a İran tüməninin ucuzlaşmasından və bunun Azərbaycan iqtisadiyyatına təsirindən danışarkən deyib.

Onun sözlərinə görə, digər tərəfdən, İran ixracatçıları və istehsalçıları üçün milli valyutanın zəifləməsi böyük imkanlar açır: "O cümlədən də Azərbaycan bazarında İran istehsalçılarının çox böyük rəqabət üstünlükləri formalaşır. O baxımdan bu, Azərbaycan sahibkarları, istehsalçıları və real sektoru üçün mənfi haldır. İran valyutası kəskin şəkildə devalvasiyaya məruz qalarsa, bu, Azərbaycan istehsalçılarına daxili bazarda problemlər yaradacaq. İran məhsullarının Azərbaycan bazarında xüsusi çəkisi çoxdur və yerli istehsalçılar o məhsullarla rəqabət aparmaqda çətinlik çəkəcəklər. Çünki onlar qiymətləri azalmaq üçün böyük imkanlara malik olacaq. İstisna deyil ki, bazarda İran məhsullarının Azərbaycan məhsullarından xeyli dərəcədə ucuz olması hallarına rast gələcəyik".

Ekspert bildirib ki, bir çox ölkələr yerli istehsalçıların və ixracatçıların imkanlarının artırılması üçün devalvasiyaya gedir, milli valyutalarını zəiflədir: "Şübhəsiz ki, tümənin kəskin ucuzlaşması İranın özü üçün də problemlər yarada bilər. Fikrimcə, İranda transsərhəd valyuta hərəkəti ilə bağlı problemlər həll edilməlidir ki, valyuta axını olmasın. Digər tərəfdən, İran üçün neft olduqca mühüm ixracat məhsuludur. Ona görə də neftin qiymətinin hələ də aşağı olması İran üçün tədiyyə balansı baxımından problemlər yaradacaq. Ona görə də transsərhəd kapital hərəkəti tənzimlənməsi ilə bağlı İran kapital, valyuta çıxışının qarşısını almazsa, devalvasiya prosesləri davam edəcək".

Qeyd edək ki, İran tüməni yenidən ucuzlaşır. İranda ABŞ dollarının məzənnəsi 23 min tümənə çatıb. Qonşu ölkədə avro da bahalaşıb və onun məzənnəsi 26,5 min tümənə bərabər olub.

Xəbər lenti
0