02:57 05 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
9 0 0

2020-ci ilin 6 ayı ərzində Azərbaycanda ötən ilin müvafiq dövrünə nisbətən 11 faizdən çox, yəni 2 milyard kubmetrə yaxın artımla 19,3 milyard kubmetr qaz hasil edilib

BAKI, 9 iyul — Sputnik. 2020-ci ilin 6 ayı ərzində Azərbaycanda ötən ilin müvafiq dövrünə nisbətən 11 faizdən çox, yəni 2 milyard kubmetrə yaxın artımla 19,3 milyard kubmetr qaz hasil edilib. Bu barədə Energetika Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

Qaz hasilatının 6,3 milyard kubmetri AÇG-dən, 9,4 milyard kubmetri isə "Şahdəniz"dən əldə edilib. SOCAR üzrə bu dövrdə 3,6 milyard kubmetr qaz hasil olunub.

Bu dövrdə xaricə qaz satışı 6,5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 24,5 faiz çox, yəni 5,2 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,3 milyard kubmetr olub.

Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 1,9 milyard kubmetr qaz nəql olunub.

Əlaqədar

Daxili borc xaricdəki nəhəng bazarı əldən çıxara bilər: biri pulunu, biri güzəşt istəyir
Qara buludlar bu sahəyə də çatdı - İndi onlar da iş axtarırlar
Azərbaycanda və dünyada elektrik enerjisi - iyirmi il sonra bizi nə gözləyir
Neftin qiyməti ifrat dərəcədə qalxacaq – ABŞ proqnoz verdi

Əsas mövzular