Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ciddi böhranın ayaq səsləri eşidilir – Amma bu dəfə heç nə bizdən asılı deyil

© REUTERS / Sandra SandersЧеловек у окна, фото из архива
Человек у окна, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Professor: "Turizm, ictimai iaşə, ticarət və digər sahələrin fəaliyyəti faizlə deyil, dəfələrlə azalır, daralır.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. 2020-ci ilin yanvar ayından ölkədə əmək haqqı kartlarının sayı azalır. Sputnik Azərbaycan Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2020-ci ilin yanvar ayının sonunda 2 milyon 355 min ədədə çatan əməkhaqqı kartları sonrakı aylar 29 min ədəd azalaraq mayın sonunda 2 milyon 326 min ədədə düşüb. Əmək haqqı kartları aprel ayında min ədəd, may ayında isə 7 min ədəd azalıb.

Банковские карты - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Kart tələbi bizə də çatdı – Milyonlar xərclənəcək, amma rahatlığını da görəcəyik

Qeyd edək ki, 2019-cu ilin dekabr ayında isə bu göstərici 2 milyon 316 min ədəd olub.

Maraqlıdır, əmək haqqı kartlarının sayının azalması nə ilə bağlıdır? Bu, koronavirus pandemiyası dövründə insanların iş yerlərini itirməsindən xəbər verir?

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib ki, ölkədə bütövlükdə əmək haqlarının plastik kartlar vasitəsilə ödənişi istiqamətində dinamika müşahidə edilir: "Amma son aylarda əmək haqqı kartlarının sayı azalırsa, bu, iş yerlərinin bağlanmasından, biznes qurumlarının fəaliyyətini dayandırmasından xəbər verə bilər. Əmək haqqı kartları azalırsa, bu, işgüzar fəallığın azalmasıdır. Bu proses iş yerlərinin bağlanması ilə bağlı mənfi dinamikanın olması ilə izah edilə bilər. Düzdür, dövlət tərəfindən işsizlik ilə mübarizədə bir sıra tədbirlər həyata keçirilir. Lakin dayanıqlılıq baxımından iş yerlərinin açılmasının ən konkret göstəricisi məhz əmək haqqı kartlarının dinamikasıdır. Çünki bu, bilavasitə dayanıqlı iş yerlərinin dinamikasını özündə əks etdirə bilən göstəricidir".

Ekspert bildirib ki, bu gün karantin rejimi sərt şəkildə davam etdirilir: "Belə bir şəraitdə iş yerlərinin açılmasından söhbət açmaq kifayət qədər çətindir. Eyni zamanda burada digər problem də ondan ibarətdir ki, məsələ yalnız karantində deyil. Bütövlükdə dünya iqtisadiyyatında dərinləşən böhran faktiki olaraq işsizlik ilə bağlı mənfi dinamikanın olduqca uzun müddətli olmasına səbəb ola bilər. Bu, çox ciddi bir problemdir. Bu problemdən çıxış yolu kimi ölkə iqtisadiyyatına kəskin şəkildə investisiyaların artımı olmalıdır ki, bu da yeni iş yerlərinin açılmasına səbəb olsun. Köhnə iqtisadi model şəraitində hesab etmirəm ki, işsizliklə bağlı yaxın illərdə müsbət dinamika olsun. Çünki biznesin qurulması bir günün işi deyil".

O bildirib ki, turizm, ictimai iaşə, ticarət və digər sahələrin fəaliyyəti faizlə deyil, dəfələrlə azalır, daralır: "Belə olan halda işsizliklə bağlı ciddi problemlər olacaq. Problemdən çıxış yolu yalnız investisiyaların artımı, pul-kredit siyasətinin yumşaldılması olmalıdır ki, güzəştli şərtlərlə biznesin qurulmasına şərait yaradılsın. Proses illərlə davam edə bilər və bunun qarşısını almaq üçün işgüzar fəallığı stimullaşdırmalıyıq. Bunun üçün də güzəştli şərtlərlə kreditlər aktiv şəkildə verilməlidir ki, biznes canlansın. Biznesin canlanması baş verməsə, yaxın illərdə işsizliklə bağlı problemləri həll etmək mümkün olmayacaq".

Xəbər lenti
0