CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Pandemiyanın iqtisadiyyatımıza nə qədər zərər vurması barədə danışmaq hələ tezdir"

© pixabay / Shutterbug75Финансовая отчетность, фото из архива
Финансовая отчетность, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb. Platforma vasitəsilə iş adamları banklara müraciət etmək imkanı əldə edəcəklər.

BAKI, 30 iyun — Sputnik. "Koronavirus pandemiyası ilə bağlı Azərbaycanın həm idxalının, həm də ixracının azalması müşahidə edilir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov iyunun 30-da keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, ixracın azalması dünya bazarında neftin ucuzlaşması ilə bağlıdır: "İxrac etdiyimiz məhsulların dəyəri idxal etdiyimiz məhsullarının dəyərini üstələyir. Pandemiyamın Azərbaycan iqtisadiyyatına nə qədər zərər vurması barədə danışmaq hələ tezdir. Pandemiyanın vurduğu zərər hesablanır".

O bildirib ki, İqtisadiyyat Nazirliyi sahibkarlar üçün Elektron Kredit Platforması (e-edf.gov.az) hazırlayıb:

"Platforma vasitəsilə iş adamları banklara müraciət etmək imkanı əldə edəcəklər. Yeni sistemə 15 bank qoşulub, gələcəkdə digər banklar da qoşulacaq. Platforma ilə koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş şəxslər üçün dövlət zəmanətli, güzəştli kreditlər təklif edilir. Maksimum 10 gün ərzində kredit veriləcək. Sahibkarlar 3 milyon manata qədər kredit götürə bilərlər. Kredit üzrə 12 ay güzəşt müəyyən edilib. Platforma sahibkarların müraciətini daha da asanlaşdıracaq".

Nazir qeyd edib ki, 2019-cu il yanvarın 1-də qeyri-dövlət qeyri-neft sektorunda 539 min 972 əmək müqaviləsi bağlanıb: "Cari il iyunun 26-da bu rəqəm 751 min 705 olub. Başqa sözlə desək, qeyri-dövlət qeyri-neft sektorunda 18 ay ərzində əmək müqavilələrinin sayında 210 min artım olub".

"Yaxın vaxtlarda Sumqayıt Kimya Sənaye Parkında özəl sektor tərəfindən maliyyələşən bir neçə layihənin icrasına başlanılacaq. Ölkəmizdə pandemiya səbəbindən bir sıra layihələr təxirə salınmışdı", - deyə nazir əlavə edib.

Xəbər lenti
0