Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gəlirli sahəni iflasa uğradan təhdidlər - gərək buynuzun da iri ola

© Sputnik / Ekaterina Lyizlova / Mediabanka keçidКозы в стойлах, фото из архива
Козы в стойлах, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu bahalaşma yaxın zamanlarda ət-süd və ümumilikdə ağartı məhsullarının qiymətində yüksəlmələrin olacağını pronozlaşdırmağa əsas verir" - Bəxtiyar Məmmədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 30 iyun — Sputnik. Dünyada, o cümlədən də Azərbaycanda artıq aylardır ki, hökm sürən koronavirus pandemiyası, demək olar ki, bütün sahələrə təsir etdi. Azərbaycanda bu, xüsusən də kənd təsərrüfatına zərərsiz ötüşmədi.

Sputnik Azərbaycan ölkənin müxtəlif bölgələrindən olan, əsasən keçi saxlayan fermerlərin problemlərini öyrənib. Bakı, Sumqayıt, İmişlidən olan fermerlər yemlərin qiymətinin qalxmasından narazıdırlar. Keçiçilik təsərrüfatı ilə məşğul olan Pərvin Məmmədov qiymətlərdən şikayətlidir: "Ötən illə müqayisədə bu il yem çox bahadır - otda 1 manat, yemdə isə 70, 80 qəpik fərq yaranıb. Təkcə yonca bu il 4.50 - 6 manata satılır. Arpa isə sahədə 0.38 - 0.40 qəpiyə təklif olunur".

© Sputnik / Nigar IskanderovaKeçiçilik təsərrüfatı
Gəlirli sahəni iflasa uğradan təhdidlər - gərək buynuzun da iri ola  - Sputnik Azərbaycan
Keçiçilik təsərrüfatı

"Maddi olaraq bunları çatdırmaq çox çətindir. Qışa çıxmaq üçün bizə təxminən 500 kq yonca lazımdır. Amma indiki şəraitdə cəmi 200 kq yonca almışam. Digər yemlər isə hələ də qalıb. Bundan sonra necə olacaq, bilmirəm. Mən də digər təsərrüfatçılar kimi gözləyirəm", - deyə o əlavə edib.

Təsərrüfatçı bildirir ki, xüsusən də karantin rejimində xırdabuynuzlu heyvan sahibləri əziyyət çəkirlər:

"Biz fermer kimi qeydiyyatdan keçə bilmirik. Yalnız iribuynuzlu heyvanları olanlar qeydiyyatdan keçirlər. Xırdabuynuzlu heyvanlara görə qeydiyyatdan keçə bilmədiyimizdən bizim sərbəst çıxışımıza imkan yaradılmır. Portaldan qeydiyyatdan keçsək, bəlkə də bir az da olsa, ucuza başa gələ bilər. Amma bu o demək deyil ki, qiymətlər aşağıdır. Hazırda aldığımız yemin qiyməti ilə satılan məhsulun qiymətini nəzərə alsaq, təsərrüfat ziyana işləyir. Qeydiyyatdan keçə bilsək, gedib rayonlardan yemi bir az ucuz alıb gətirə bilərik".

İmişlidə keçiçilik təsərrüfatı olan fermer Tural Nağı da yaranmış vəziyyətdən şikayətlidir: "Bu il yem çox bahadır. Demək olar ki, heyvandarlıq artıq iflas edib. Təkcə yonca fermaya 4.50-5 manata gəlib çıxır. Üyüdülmüş arpa isə 50 qəpikdir. Qışda da ikiqat bahalaşma olacaq".

© Sputnik / Nigar IskanderovaKeçiçilik təsərrüfatı
Gəlirli sahəni iflasa uğradan təhdidlər - gərək buynuzun da iri ola  - Sputnik Azərbaycan
Keçiçilik təsərrüfatı

Fermer ötən il qiymətlərin dəfələrlə aşağı olduğunu bildirir.

Azərbaycan Keçi Təsərrüfatçıları Birliyinin qurucusu Bəxtiyar Məmmədov isə rayonlardan asılı olaraq yonca, arpa və buğdanın qiymətinin dəyişdiyini bildirib: "Ötən ilin bu vaxtlarında qışa tədaürk görürdük. Onda yoncanın qiyməti 2.00-2.50 manat arasında dəyişilirdi. Bu il isə qiymətlər artıq iki dəfə və bundan bir qədər də çox qalxıb. Yaranan vəziyyət fermerlər üçün acınacaqlıdır. Ötən il arpa 27-28 qəpiyə alınırdısa, bu il ən azı 37-40 qəpiyə alınır. 35-36 qəpiyə alınan buğda bu il 45-48 qəpiyə alınır".

"Bu bahalaşma yaxın zamanlarda ət-süd və ümumilikdə ağartı məhsullarının qiymətində yüksəlmələrin olacağını pronozlaşdırmağa əsas verir", - deyə o əlavə edib.

Xəbər lenti
0