Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pandemiya dövründə Azərbaycanın əsas ixrac potensialı işini uğurla reallaşdırır

© AFP 2023 / CARL DE SOUZAЗолотодобытчик показывает кусочек золота, фото из архива
Золотодобытчик показывает кусочек золота, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qiymətli metalların kəskin qiymət artımı fonunda, Çovdar filiz emalı sahəsində hasil olunan qızıl və gümüşdən istehsal edilmiş növbəti 36 ədəd gümüş və qızıl qarışıq tərkibli xəlitə İsveçrədə saflaşdırıldıqdan sonra satışa çıxarılıb

BAKI, 29 iyun — Sputnik. Koronavirus (COVID-19) pandemiyası dövründə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara uyğun növbəli iş rejimində, bütün sahələr üzrə fasiləsiz fəaliyyətini davam etdirir. Bu barədə  “AzerGold” QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, mövcud şəraitdə Səhmdar Cəmiyyət alternativ daşınma yolu ilə 2-ci irihəcmli ixrac əməliyyatını reallaşdırıb.

Qiymətli metalların kəskin qiymət artımı fonunda, Çovdar filiz emalı sahəsində hasil olunan qızıl və gümüşdən istehsal edilmiş növbəti 36 ədəd gümüş və qızıl qarışıq tərkibli xəlitə İsveçrədə saflaşdırıldıqdan sonra satışa çıxarılıb.

Cari il ərzində baş tutan altıncı ixrac əməliyyatı nəticəsində 6 703.97 unsiya qızıl, 15 273.95 unsiya gümüşün satışından, ümumilikdə 12 084 658.62 ABŞ dolları (20 543 919.65 manat) həcmində vəsait ölkə iqtisadiyyatına cəlb edilib.

Bununla cari ilin birinci yarımili ərzində həyata keçirilən ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına cəlb olunan vəsait 43 250 507.23 ABŞ dollarına (73 525 862.29 manat) yüksəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% artım deməkdir.

Xəbər lenti
0