17:13 02 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
12 0 0

Hazırda Brent markalı neftin qiyməti 41,44 dollar, Light markalı neftin qiyməti 39,00 dollar təşkil edir.

BAKI, 26 iyun – Sputnik. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,62 ABŞ dolları, yaxud 1,49% artıb.

Sputnik Azərbaycan xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 42,19 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bir neçə günlük bahalaşmadan sonra dünya bazarında neft yenidən kəskin uzuclaşmış, Brent markalı neftin qiyməti 40 dollardan da aşağı düşmüşdü. Hazırda Brent markalı neftin qiyməti 41,44 dollar, Light markalı neftin qiyməti 39,00 dollar təşkil edir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Əsas mövzular