Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Taxılsız qalmayacağıq - Azərbaycanda yarım milyon hektar taxıl sahəsi biçilib

© AFP 2023 / dpa / JULIAN STRATENSCHULTEКомбайн во время сборки урожая, фото из архива
Комбайн во время сборки урожая, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Aqrolizinq" tərəfindən biçin başa çatmış Aran bölgələrindən və biçin aparılmayan dağlıq bölgələrdən aktiv biçin zonasına əlavə 183 kombayn dislokasiya olunub. Biçində, həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 919 kombayn iştirak edir

BAKI, 25 iyun — Sputnik. Azərbaycanda taxıl zəmilərinin 49,1%-də biçin başa çatıb. İyunun 24-nə olan operativ məlumata görə, 496 min 412,6 hektar biçilmiş sahədən 1 milyon 566 min 798,6 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,6 sent/ha təşkil edir.

Вугар Гусейнов - Sputnik Azərbaycan
Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi taxıl sahələrindəki vəziyyəti açıqlayır

Bu barədə Sputnik Azərbaycan-a Kənd Təsərrüfat Nazirliyindən bildirilib.

Arpa sahələrinin biçini yekun mərhələyə qədəm qoymaqdadır. Ölkə üzrə 370 min hektara yaxın payızlıq arpa əkini aparılıb, indiyədək 289 min 695,3 hektar sahədə biçin başa çatıb. Sahələrdən 880 min 80,5 ton arpa yığılıb. Arpa üzrə orta məhsuldarlıq 30,4 sentner təşkil edir. Yaxın zamanlarda Aran bölgəsi və dağətəyi rayonlarda arpa biçininin tam yekunlaşacağı gözlənilir.

Buğda sahələrində də biçin prosesi sürətlə davam edir. Ölkə üzrə 641 min hektar buğda sahəsinin 206 min 717,1 hektarında biçin yekunlaşıb. Sahələrdən 686 min 718,1 ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq hazırda 33,2 sentner təşkil edir.

Bu günə olan operativ məlumata görə, biçin prosesində 1694 kombayn iştirak edir. Bunlardan 592-si "Aqrolizinq" ASC-nin biçin aparılan bölgələrdəki rayon bölmələrinin balansında olan kombaynlardır. "Aqrolizinq" tərəfindən biçin başa çatmış Aran bölgələrindən və biçin aparılmayan dağlıq bölgələrdən aktiv biçin zonasına əlavə 183 kombayn dislokasiya olunub. Biçində, həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 919 kombayn iştirak edir.

Qeyd edək ki, bu il Azərbaycanda 1 milyon 10 min 218 hektar sahədə payızlıq taxıl əkilib.

Biçin davam edir.

Xəbər lenti
0