17:15 07 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
37 0 0

Brent neftinin dəyəri 3,33 faiz azalaraq 1 barelə görə 37,44 dollar, WTI markalı neftin 1 barelinin dəyəri 4,74 faiz azalaraq 34,54 dollar təşkil edib

BAKI, 15 iyun — Sputnik. Dünya bazarında neftin qiyməti həftəyə ciddi azalma ilə başlayıb.

Sputnik Azərbaycan “Bloomberg”ə istinadla xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 3,33 faiz azalaraq 1 barelə görə 37,44 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 4,74 faiz azalaraq 34,54 dollar təşkil edib.

Qeyd edək ki, paralel olaraq təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

İyulda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,34% azalaraq 1,738 ABŞ dolları təşkil edib.

Əsas mövzular