05:24 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
8 0 0

"Brent" markalı neftin qiyməti 0,18 dollar artaraq 38,73 dollar, "Light" markalı neftin qiyməti isə 0,08 dollar ucuzlaşaraq 36,26 dollar təşkil edib.

BAKI, 13 iyun — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,04 dollar artaraq 40,37 dollar olub.

"Brent" markalı neftin qiyməti 0,18 dollar artaraq 38,73 dollar, "Light" markalı neftin qiyməti isə 0,08 dollar ucuzlaşaraq 36,26 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Bu həftə ərzində (8-12 iyun) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 0,84 ABŞ dolları və ya 2,07% artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 41,37 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 42,41 dollar təşkil edib, ən minimal göstərici isə 40,33 dollar səviyyəsində olub.

Əsas mövzular