CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kim hökumətdən nə qədər alıb?

© Sputnik / Murad OrujovПересчитывание денег
Пересчитывание денег - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 94,73 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi (50 faiz) 47,36 milyon manat təşkil edir.

BAKI, 2 iyun — Sputnik. Koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam edir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, mayın 31-nə nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərərçəkmiş 28 min 56 vergiödəyicisi və maliyyə dəstəyi almaq üçün 112 min 565 fərdi (mikro) sahibkar, cəmi 140 min 621 vergiödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 257 min 522 işçini əhatə edən 28 min 56 vergiödəyicisi müraciət edib. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 94,73 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi (50 faiz) 47,36 milyon manat təşkil edir. Mayın 31-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23 min 131 vergiödəyicisinə 201 min 250 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 77,54 milyon manat vəsaitin köçürülməsi təmin olunub.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 112 min 565 vergiödəyicisindən müraciət daxil olub, 105 min 173 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 60,2 milyon manat təşkil edir. Mayın 31-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 57,71 milyon manat vəsaitin 99 min 603 fərdi (mikro) sahibkarın bank hesabına köçürülməsi təmin edilib.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergiödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin "195" Çağrı mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər.

Xəbər lenti
0