CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nə ev alırlar, nə də avtomobil satılır – İnsanlar əlində pul nəyisə gözləyir

© Sputnik / Evgeniy Odinokov / Mediabanka keçidАвтомобили на стоянке в Говорово, фото из архива
Автомобили на стоянке в Говорово, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"İqtisadi proses dayandığı üçün həm maşın, həm də əmlak satışı demək olar ki, dayanıb. Əmlak bazarında olduğu kimi, avtomobil bazarında da qiymətlər olduğu kimi qalıb" - Elnur Azadov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 may — Sputnik. Artıq bir neçə aydır ki, pandemiya bütün dünyada, o cümlədən Azərbaycanda iqtisadi durğunluq yaradıb, alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Karantin rejiminin elan olunması bir çox sahələrdə olduğu kimi əmlak bazarında da aktivliyi aşağı salıb.

Hərrac,arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Hərracda "su qiyməti"nə avtomobillər satılacaq

Ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında son vəziyyəti dəyərləndirib. O, son bir neçə ayda pandemiyanın digər sahələr, bazarlara olduğu kimi, ev və avtomobil bazarına da təsirinin danılmaz olduğunu qeyd edib: "Pandemiyanın hökm sürdüyü bir müddətdə demək olar ki, iqtisadi proseslər dayandırılıb. Pul dövriyyəsinin dayanması iqtisadiyyatda bütün sahələri çökdürür. Karantin rejimi zamanı insanlar yalnız icazəli şəkildə evdən çıxa bilirdilər. Onlar yalnız iş üçün və gündəlik tələb olunan azuqələrin alınması üçün evdən çıxırdılar. Yəni, vətəndaşlar evdən çıxıb daşınar və ya daşınmaz əmlak axtara bilmirdilər".

E.Azadov pandemiyanın ümumi satışa təsirlərindən də söz açıb: "İqtisadi proses dayandığı üçün həm avtomobil, həm də əmlak satışı demək olar ki, dayanıb. İqtisadi aktivliyin aşağı düşməsi ümumi satışa da təsir edir. Lakin vəziyyətin belə olması, qiymətlərə təsir etmir. Yəni, əmlak bazarında olduğu kimi, avtomobil bazarında da qiymətlər olduğu kimi qalıb".

Azadov pandemiyanın alıcılıq qabiliyyətinə təsirindən də danışıb: “Alıcılıq qabiliyyəti aşağı düşməyib. Bir var insanlarda pul var, amma ala bilmirlər. Bir də var ki, ölkədə ümumiyyətlə pul yoxdur, iqtisadi böhrandır. Bu zaman təbii ki, hamı qiyməti aşağı salmaqda maraqlıdır. Lakin hazırda ölkədə belə bir şey müşahidə olunmur".

Xəbər lenti
0