Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qulağımızın dibindən keçib: İdxal olunan südün qiyməti yüksəlib, hiss etməmişik

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidВитрина молочных продуктов
Витрина молочных продуктов - Sputnik Azərbaycan
Abunə olmaq
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə hesab edir ki, Azərbaycan özünü 82-83% süd və süd məhsulları ilə təmin edir

BAKI, 19 may — Sputnik, Fuad Əlizadə. Koronavirus pandemiyası və neftin qiymətinin aşağı olması fonunda dünyada ərzaq məhsullarının qiymətinin artması proqnozlaşdırılırdı. Ona görə də, Azərbaycanda idxal olunan südün qiymətinin sürətlə artması heç kəsi təəccübləndirmədi.

Мясная лавка, фото из архива - Sputnik Azərbaycan
Varlıların qidası: ət sadə amerikalılar üçün əlçatmaz olub

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, 2020-ci ilin birinci rübünün nəticələrinə görə, Azərbaycan idxalçıları ölkəyə 2,099 min ton süd gətiriblər. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 ton azdır.

Eyni zamanda, sahibkarlar bu vaxt ərzində 3,398 milyon dollar süd idxalına sərf ediblər ki, bu da 2019-cu ilin yanvar-mart dövrü ilə müqayisədə 588 min dollar və ya 20,9% çoxdur .

Cari ildə idxalçıların əldə etdikləri südün az partiyasına daha çox vəsait sərf etməsi, dünya bazarında bu məhsulun qiymətinin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub.

Belə ki, idxal olunan südün qiyməti 2019-cu ilin birinci rübü ilə müqayisədə 1,32 dollardan (Azərbaycan Mərkəzi Bankının məzənnəsi ilə 2,24 manat (1 dollar 1,7 manat hesabı ilə)) 1,61 dollara (2,74 manat) qədər artıb. Bununla da qiymət artımı il ərzində 22% təşkil edib .

Qeyd etmək lazımdır ki, Bakı sakinləri, bir qayda olaraq, yaxın kəndlərdən gətirilən südün 1 litri üçün bir manat ödəyir. Pərakəndə şəbəkədə isə yerli istehsalçıların pasterizə olunmuş südünün 1 litri təxminən 1,8 manata, idxal olunan süd isə 2,3 manata satılır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin mart ayında Azərbaycanda süd, süd məhsulları və yumurtanın qiyməti 8,2% artıb.

Bahalı idxal olunan südün fonunda Azərbaycan südünün və süd məmulatlarının qiymətinin qalxmasının qarşısını alan amil yerli istehsalın mövcudluğudur. Belə ki, 2020-ci ilin birinci rübünün yekunlarına görə, Azərbaycanda 475,6 min ton süd istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 min ton çoxdur.

Девушка с тележкой выбирает продукты в магазине - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bir sıra ərzaq məhsulları ƏDV-dən azad ediləcək

Azərbaycan özünü süd və süd məhsulları ilə 82-83% səviyyəsində təmin edir. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Sputnik Azərbaycan-a bildirib ki, yem bazasının çatışmazlığı ölkəni bu zəruri məhsulla tam təmin etməyə imkan verməyən əsas səbəb deyil.

Onun fikrincə, ölkənin göstərilən səviyyədə süd və süd məhsulları ilə təmin olunmasını qənaətbəxş hesab etmək olar.

"Əsas problem ondan ibarətdir ki, iri təsərrüfatlar iri süd partiyalarını reallaşdıra bilmirlər, bu isə emal sahəsindəki problemlərlə bağlıdır", - deyə Fikrətzadə bildirib.

Mərkəz rəhbəri misal olaraq bildirib ki, təsərrüfat iri olduqda, min baş mal-qaradan hər gün 20 ton süd hasil edilir. Bu da bir emal zavodunun, ən azı süd tədarükü müəssisəsinin olmasını tələb edir. Yəni, əsas problem ondan ibarətdir ki, iri təsərrüfatlar emal zavodlarına iri süd partiyaları göndərə bilmirlər.

Bu gün Azərbaycanda süd yönümlü təxminən 40 min baş damazlıq iribuynuzlu mal-qara mövcuddur. Ümumilikdə, Azərbaycanda 2,4 milyon baş iribuynuzlu mal-qara var ki, bunların da 1,2 milyonu inəkdir.

"Böyük təsərrüfatlarda süd istehsalının artırılması üçün emal müəssisələri tərəfindən süd tədarükünün sabit bazası yaradılmalıdır", - deyə Fikrətzadə qeyd edib.

Onun fikrincə, məhz yerli süd istehsalı bu vacib ərzaq məhsulunun qiymətini əhali üçün məqbul səviyyədə saxlamağa imkan verir.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2019-cu ildə süd istehsalı 2,129 milyon ton təşkil edib ki, bu da 2,4% artım deməkdir. Ölkəyə 9,022 min ton süd idxal edilib ki, bunun da ümumi dəyəri 14,374 milyon dollar olub.

Xəbər lenti
0