02:24 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
12 0 0

Hazırda "Brent" markalı neft 29,09 dollara, "Light" markalı neft isə 22,41 dollara alıcı axtarır. "Brent" markalı neft sonuncu dəfə aprelin 15-də 29 dollar/barel səviyyəsindən yuxarı olub.

BAKI, 5 may — Sputnik. Birjalarda neftin qiyməti son 9 ay ərzində ən böyük sutkalıq artım tempini nümayiş etdirir.

Sputnik Azərbaycan xəbər verir ki, neftin qiyməti hasilat məhdudiyyətlərinin tətbiqi fonunda artım dinamikasını beşinci gündə də davam etdirir.

Tədarük bolluğuna dair ən pis ssenarinin geridə qaldığına dair bazarda yaranan optimist fikirlər də "qara qızıl"ın qiymətinin bahalaşmasına təsir göstərir.

Hazırda "Brent" markalı neft 29,09 dollara, "Light" markalı neft isə 22,41 dollara alıcı axtarır.

"Brent" markalı neft sonuncu dəfə aprelin 15-də 29 dollar/barel səviyyəsindən yuxarı olub.

Qeyd edək ki, "Azeri Light" markalı neft bahalaşıb. Mayın 4-nə olan məlumata görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,6 ABŞ dolları (2,55%) artaraq 24,11 dollar təşkil edib.

Əsas mövzular