08:28 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
31 0 0

"Baltic Pipe" kəməri "Şimal Axını-2" qaz kəmərinin çəkilməsi planlaşdırılan ərazidən keçir və onların magistralları kəsişir.

BAKI, 5 may — Sputnik. Polşa və Danimarka Baltik dənizində "Baltic Pipe" qaz kəmərinin çəkilməsi üzrə işlərin yerinə yetirilməsi ilə bağlı müqavilə imzalayıblar. Tikinti işləri Polşaya təxminən 280 milyon avroya başa gələcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Polşanın qaz təchizatı operatoru "Gaz-System" məlumat verib.

"Baltic Pipe" qaz kəməri Norveç qazını Polşaya nəql edəcək.

Məlumata görə, "Gaz-System" və "Saipem Limited" şirkətləri Baltik dənizində qaz kəmərinin çəkilməsi üzrə işlərin yerinə yetirilməsinə dair müqavilə imzalayıblar: "Müqavilənin dəyəri 280 milyon avroya yaxındır".

Polşa hökumətinin strateji enerji infrastrukturu məsələləri üzrə müvəkkili Pyotr Naimski qeyd edib ki, müqavilənin imzalanması təkcə tikintiyə lazım olan bütün icazələrin alınmasını yox, həm də layihənin icrasına başlanılmasını nəzərdə tutur.

O, sərmayədarların artıq podratçılarla müqavilələr bağladığını və kompressor stansiyalarının tikintisi və ya genişləndirilməsi üçün lazım olan texniki komponentləri aldığını vurğulayıb.

Qrafik üzrə ilk işlər 2020-ci ilin ikinci yarısında başlamalıdır.

"Baltic Pipe" kəməri "Şimal Axını-2" qaz kəmərinin çəkilməsi planlaşdırılan ərazidən keçir və onların magistralları kəsişir.

Əsas mövzular