Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan nefti neçəyə satılır?

© REUTERS / DADO RUVICNeft buruğu
Neft buruğu - Sputnik Azərbaycan
Abunə olmaq
"Brent" markalı neftin qiyməti geriləyərək 19.62 dollar, "Light" markalı neftin qiyməti isə mənfi diapazondan çıxaraq 1,60 dollar təşkil edib

BAKI, 21 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barrelinin qiyməti 0,85 dollar ucuzlaşaraq 21,30 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti geriləyərək 19.62 dollar, "Light" markalı neftin qiyməti isə mənfi diapazondan çıxaraq 1,60 dollar təşkil edib.

Qeyd edək ki, ABŞ-ın "Light" markalı neftinin qiyməti dünən tarixdə ilk dəfə olaraq mənfi qiymətə enib.

Azərbaycan neftinin qiyməti bu il aprelin 1-də minimuma enərək 16,53 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xəbər lenti
0