Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftin qiyməti bundan sonra necə olacaq? - Ekspertlər şərh etdilər

© AP Photo / Kamran JebreiliФинансовый рынок в Дубае, фото из архива
Финансовый рынок в Дубае, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Əgər istehlak artmasa, aprelin 20-dən sonra rezervuarların tam dolduğunu görə bilərik. Amma istehlak artmır, çünki karantin rejimlərini bir çox ölkələr uzadır. Karantin dövründə neft istehlakı sürətlə aşağı düşür"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında 11 saata yaxın davam edən müzakirələrin yekununda yeni "Əməkdaşlıq Bəyannaməsi" Meksikanın təklif olunan həcmlərlə razılaşacağı şərti ilə qəbul edilib. Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Meksika istisna olmaqla digər OPEC+ ölkələri gündəlik neft hasilatının müxtəlif müddətlər və həcmlərdə azalması ilə bağlı razılıq əldə ediblər. "Əməkdaşlıq Bəyannaməsi" qüvvəyə minəcəyi təqdirdə, OPEC+ ölkələri may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 10 mln. barrel həcmində azaldacaqlar. Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb.

Перед зданием ОПЕК, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Risk hələ də var - Ekspert OPEC+ görüşünün yekunlarını dəyərləndirdi

Ekspertlər toplantının nəticələrini və növbəti dövrlərdə neftin qiymətinin necə olacağını şərh ediblər.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, öncədən OPEC+ ölkələrinin gündəlik hasilatı 10 mln. barel azaldacağı proqnozlaşdırılırdı: "Qərarın may ayının 1-dən qüvvəyə minəcəyi gözlənilir, yəni aprel ayında hasilatda hansısa ciddi dəyişikliyin olacağı gözlənilmir. Hətta hasilat artan templə gedə bilər, bir çox ölkələrdə hasilatın artımı nəzərdə tutulub. Yəni bu razılaşma bazarın gözləntilərinin aşağısında qaldı. Çünki daha ciddi problem odur ki, dünya bazarlarında iki önəmli məsələ öz həllini tapmayıb. Birincisi, hazırki bazar qiymətləri ilə birja qiymətləri arasında ciddi fərq var. Yəni birjada olan qiymətlər gündəlik bazarda olan qiymətlərlə kəskin fərqlənir. Bu da istehsal ilə istehlak arasında kəskin fərqin olmasından qaynaqlanır".

Onun sözlərinə görə, ikinci mühüm məsələ odur ki, dünyada gündəlik neft istehsalı hələ də təxminən 100 milyon bareldir: "Amma istehlak 70 milyon barelədək aşağı düşüb. Bu da əlavə 30 milyon barel neftin dünya bazarında olduğuna dəlalət edir və bu əlavə neftin saxlanma problemi yaranıb, yəni neftin saxlanma yerləri artıq dolub. Hətta iki həftə dalbadal ABŞ-da strateji neft ehtiyatları 14-15 milyon barel artıb. Çin və Hindistanın strateji neft ehtiyatları da sürətlə artır, yəni bu ölkələr də rezervuarlarını əlavə neftlə doldurur. Bu, ciddi bir problemdir. Əgər istehlak artmasa, aprelin 20-dən sonra rezervuarların tam dolduğunu görə bilərik. Amma istehlak artmır, çünki karantin rejimlərini bir çox ölkələr uzadır. Karantin dövründə neft istehlakı sürətlə aşağı düşür".

Рабочий в защитной маске на нефтяном месторождении, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
OPEC+ ölkələri tarixi qərarı qəbul edib

Ekspert bildirib ki, dünənki qərar neft bazarının sabitləşməsi, qiymətlərin qalxması üçün yetərli deyil: "Fikrimcə, burada texniki məsələlər də var, yəni birdən-birə hasilatı kəskin azaltmaq, 20-25 milyon barel azaltmaq mümkün deyil. Bundan başqa, hasilatı azaldacaq ölkələrdə (Rusiya, Səudiyyə Ərəbistanı və s.) daxili istehlak azalıb. Ona görə də xaricə satılacaq neftin həcmində ciddi dəyişiklik olmayacaq, hasilatın azaldılması elə daxili istehlakın hesabına baş verəcək. Ona görə neft qiymətlərində növbəti enmənin şahidi oluruq. Bu gün hamının əsas hədəfi odur ki, neft daha da ucuzlaşmasın, yəni 15-20 dollara düşməsin. Bu, neftin qiymətinin heç olmasa 30-35 dollar civarında sabitləşməsinə hesablanmış addımlardır".

O qeyd edib ki, Azərbaycan da üzərinə öhdəlik götürüb: "Ölkəmiz razılaşma çərçivəsində hasilatı may-iyun aylarında 160 min bareldən çox azaldacaq. Bizdə də yanacaq üzrə daxili istehlak azalıb. Ola bilər daxili istehlakın azalacağını nəzərə alaraq bu öhdəliyi götürüblər. Amma xaricə satılacaq neftin həcmində ciddi dəyişiklik olmayacaq".

"Dünyada karantin dövrü davam edəcəksə, istehlak artmayacaqsa, neftin qiymətlərinin artması mümkün deyil. Ən yaxşı halda neftin qiyməti 25-30 dollar civarında sabitləşə bilər" - deyə o əlavə edib.

İqtisadçı-ekspert Rəşad Həsənov da deyib ki, neft bazarları OPEC+ ölkələrinin hasilatı gündəlik 10 milyon barel azaltma haqqında ilkin razılaşmasına ciddi reaksiya vermədi: "İlk anlarda qiymətdə cüzi bahalaşma olsa da, hazırda yenidən ucuzlaşma prosesi gedir. Əslində tələbin 35-40 faiz azalması müzakirə edildiyi bir vaxtda təklifin 10 faiz azaldılmasının nəticələri əvvəlcədən proqnozlaşdırılan idi. Başqa sözlə, Azərbaycan da daxil olmaqla neft ölkələri üçün qlobal konyunkturanın qısamüddətli dövr üçün ciddi dəyişəcəyi ehtimalı çox aşağıdır. Ancaq bu razılaşma qiymət müharibəsinin qarşısını alaraq bazarlarda müəyyən qədər sakitləşməyə səbəb olacaq. Və bu formatda əməkdaşlıq postpandemiya dövründə də davam etdirilərsə, neftin qiymətləri 50 dolların üzərinə qalxa bilər".

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxildir: "Budəfəki öhdəliklərdə kondensat həcmləri nəzərə alınmayıb. Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində - may-iyun aylarında Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır. 2020-ci ilin iyul-dekabr aylarında isə OPEC+ üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 18% olmaqla 8 mln. barel azaldılması razılaşdırılıb. Bu zaman kvotalar OPEC üzrə gündəlik 4,868 mln, qeyri-OPEC üzrə isə 3,132 mln barel müəyyənləşdirilib. Azərbaycan bu dövrdə gündəlik istehsalını 131 min barel azaltmaqla 587 min barel səviyyəsində saxlamalı olacaq".

"Əməkdaşlıq Bəyannaməsi"ndə 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprelinədək isə OPEC+ üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 14% olmaqla 6 mln. barel azaldılması öz əksini tapıb. Bu müddətdə hasilat öhdəlikləri OPEC üçün 3,651 mln barel, qeyri-OPEC üzrə 2,349 mln barel nəzərdə tutulub. Azərbaycan isə həmin dövrdə 98 min barel azalma ilə hasilatı 620 min barel həcmində saxlamaq öhdəliyini götürməli olacaq.

Videokonfransa OPEC+ ölkələri ilə yanaşı ilk dəfə olaraq Norveç, Argentina, Kolumbiya, İndoneziya, Misir, Çad, Trinidad və Tobaqo kimi ölkələr də qatılıb. İclasda OPEC+ formatından kənar neft ölkələrinə də bu prosesə qoşulmaq çağırışı edilib.

İclasda çıxış edən Azərbaycanın Energetika naziri Pərviz Şahbazov deyib: "Bu, bir həqiqətdir ki, mövcud qlobal problemin öhdəsindən ayrılıqda deyil, qlobal əməkdaşlıq şəraitində gələ bilərik. Mart ayından indiyə kimi qısa müddətdə bir daha əmin olduq ki, neft bazarında davamlı sabitlik qlobal səviyyədə ortaq məsuliyyət, tənzimləmə prosesi xaricində mümkün deyil. Hazırkı situasiya və dünya iqtisadiyyatı, eləcə də neftə qlobal tələbatın özünü bərpa edəcəyi ilə bağlı qeyri-müəyyənlik neft bazarına gələcəkdə də dəstəyi zəruri edir. Bu prosesə OPEC+ formatından kənar ölkələrin cəlbi isə olduqca vacibdir".

Nazir onu da əlavə edib ki, hər bir neft ölkəsi neft bazarının sabitləşdirilməsi məqsədi ətrafında həmrəylik nümayiş etdirməlidir: OPEC+ formatı çərçivəsində tənzimləmə prosesində fəal rol oynayan Azərbaycan yeni öhdəliklər götürməklə qlobal neft bazarına dəstək vermiş oldu".

Xəbər lenti
0