CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Dotasiya əkin sahələrinə deyil, hazır məhsula verilməlidir"

Abunə olmaq
"Bəzi müəlliflərin dərslik hazırlanmasına gəlir və biznes sahəsi kimi baxmasına son verilməlidir" - Musa Qasımlı

 

BAKI, 9 aprel — Sputnik. "Bəzi müəlliflərin dərslik hazırlanmasına gəlir və biznes sahəsi kimi baxmasına son verilməlidir". Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Musa Qasımlı parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Millət vəkili onu da qeyd edib ki, dotasiya əkin sahələrinə deyil, hazır məhsula verilməlidir: "Əkilib-becərilməyən boş sahələr var və dövlət bununla bağlı öz sözünü deməlidir".

Qeyd edək ki, bu gün Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə edilib. Hesabat səsverməyə çıxarılaraq qəbul edilib. Spiker Sahibə Qafarova bildirib ki, deputatların təklifləri Nazirlər Kabinetinə təqdim ediləcək.

Xəbər lenti
0