CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyanın yeni qərarı Azərbaycan bazarını qarışdıracaq: amma alıcıya xeyri var

© Sputnik / Vitaliy Timkiv / Mediabanka keçidПереработка помидоров, фото из архива
Переработка помидоров, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın imkan daxilində öz bazarını xarici məhsullara bağlaması onun əsas pomidor tədarükçülərindən biri olan Azərbaycana birmənalı təsir göstərə bilməz.

BAKI, 8 aprel — Sputnik. Azərbaycan pomidorunun ixracı üçün əsas bazar Rusiyadır, lakin RF Kənd Təsərrüfatı Nazirliyi öz istehsalçılarının müdafiəsi məqsədilə bu məhsulların idxalını tezliklə məhdudlaşdıra bilər. Bu, Azərbaycan fermerlərinin və ixracatçılarının gəlirlərinin azalması deməkdir, lakin ölkə daxilində pərakəndə qiymətlərin aşağı düşəcəyini vəd edir.

RİA Novosti-yə Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi Meyvə və Tərəvəz İstehsalçıları Milli Birliyinin (Meyvə-Tərəvəz Birliyi) ölkəyə pomidor idxalının məhdudlaşdırılması təklifini nəzərdən keçirir.

Qeyd edək ki, Rusiyanın Meyvə-tərəvəz İttifaqı Rusiyaya pomidor idxalına müvəqqəti qadağa qoymaq üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib. Çünki koronavirusa görə özünü təcrid fonunda və rublun devalvasiyası səbəbindən ölkədə meyvə-tərəvəz məhsullarına tələbat kəskin şəkildə azalıb. Xiyar və pomidorun qiymətləri də 50% aşağı düşüb. İstixana təsərrüfatlarının sahiblərini qorumaq, onların ziyanla işləməsinə imkan verməmək üçün Meyvə-tərəvəz İttifaqı pomidor ixracını qadağan etməyi təklif edib.

Elektron qurğular - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bu şəxslərə pul ayrılacaq: telefonu və elektron kabineti nəzarətdə saxlayın

Əsas pomidor təchizatçıları arasında Azərbaycan göstərilib. 2020-ci ilin yanvar-fevral aylarında Azərbaycandan bu məhsulun ixracı 19,112 min ton təşkil edib ki, bu da ötənilki göstəricidən 3,844 min ton (25,2%) çoxdur. İki ay ərzində Azərbaycan pomidor tədarükçülərinin xarici ölkələrdən əldə etdiyi mənfəət 24,715 milyon dollar təşkil edib ki, bu da 2019-cu ilin analoji göstəricisindən 38,8% çoxdur. Yeri gəlmişkən, bu ilin yanvar-fevral aylarında Azərbaycanın tərəvəz ixracından əldə etdiyi bütün gəlirlərin 85% -i pomidorun payına düşüb.

Rusiyaya meyvə-tərəvəz məhsullarının tədarükünün qadağan olunması, Azərbaycan bazarında pomidor və xiyarın qiymətlərini aşağı sala bilər. Bu, əlbəttə ki, istehsalçılara və ixracatçılara böyük ziyan vuracaq. Amma qiymətlərin aşağı düşməsi nəticəsində Azərbaycan vətəndaşları bu tərəvəzləri alarkən özlərinə məhdudiyyət qoymayacaq.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2019-cu ildə 3019 istixanada 216,586 min ton pomidor, 16,685 min ton xiyar, 5,439 min ton badımcan, 269 ton bibər, 69,3 ton soğan, 5,4 ton lobya, dörd ton kələm, 1,7 ton sarımsaq yetişdirilib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ildə tərəvəz ixracı 243,242 milyon dollar təşkil edib. Onlardan 174,548 min tonunu pomidor ixracı təşkil edib və 189,292 milyon dollar gəlir əldə olunub.

Xəbər lenti
0