12:06 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
Neft qiymətləri ətrafındakı ajiotaj (55)
30 0 0

Sərmayədarlar OPEC+ iştirakçılarının aprelin 9-da keçiriləcək görüşdə neft hasilatının azaldılması ilə bağlı yeni saziş əldə edəcəyinə ümid edirlər.

BAKI, 7 aprel — Sputnik. OPEC+ görüşünün ərəfəsində neft qiymətləri inamla artır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti yazır. 

Səhər saatlarında "Brent" neftinin iyun fyuçerslərinin qiyməti 3 faiz artaraq 34,04 dollara çatıb. "WTI" neftinin may fyuçerslərinin qiyməti isə 3,53 faiz artıb və 27 dollar səviyyəsində qərarlaşıb.

Sərmayədarlar ümid edirlər ki, OPEC+ iştirakçıları aprelin 9-da keçiriləcək görüşdə neft hasilatının azaldılması ilə bağlı yeni saziş əldə edəcəklər ki, bu da bazarı sabitləşdirməyə kömək edəcək.

OPEC+ ölkələri martın 6-da yeni saziş bağlaya bilməyiblər. Nəticədə, aprelin 1-dən hasilata qoyulmuş məhdudiyyətlər qaldırılıb. Koronavirus səbəbindən qlobal tələbatın azalması ilə birlikdə bu, neft bazarında qiymətlərin düşməsinə səbəb olub.

Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj (55)

Əsas mövzular