09:45 07 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
38610

Bu gün Baş Nazir Əli Əsədov koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirlərinin azaldılması ilə bağlı Tədbirlər Planını təsdiqləyib

BAKI, 4 aprel — Sputnik. Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması məqsədilə) ayrılan kompensasiyanın məbləği məlum olub.

Sputnik Azərbaycan bildirir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, 2020-ci il ərzində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi  üçün kompensasiya qismində 300 min nəfərə 215 manat kompensasiya veriləcək. Bu sahədə icraçı qurum İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi müəyyənləşdirilib.

Əsas mövzular