17:44 02 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (87)
91 0 0

Məmmədov qeyd edib , bu rəqəmlər çox ciddi şəkildə hesablanmalıdır ki, yük bir tərəfin üzərinə düşməsin.

BAKI, 3 aprel — Sputnik. Yaxın günlərdə əhalinin sosial gözləntilərilə bağlı qərarlar açıqlanacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

O, bildirib ki, bütün bunlar ciddi və təfərrüatlı şəkildə hesablanmalıdır:

"Ən çox kreditlərlə bağlı gözləntilər var. Nəzərə alaq ki, ortadakı bankdır. Məsələn, bank sizdən depoziti alır və mənə kredit kimi verir. Məndən aldığı faizi isə sizə faiz dərəcəsi kimi qaytarır. Ona görə də bu zəncir elə qurulmalıdır ki, nə siz itirəsiz, nə mən, nə də bank. Çünki burada kimsə itirəndə hamı itirir".

İ. Məmmədov qeyd edib , bu rəqəmlər çox ciddi şəkildə hesablanmalıdır ki, yük bir tərəfin üzərinə düşməsin:

"Yük paylansın. Biz birlikdə dövlət qurmuşuq və dövlətin də işi bu gün ümummilli problemin yükünü bərabər şəkildə qaldırmaqdır. Prezidentin sərəncamının baza prinsipi budur ki, insanlara dəstək verilsin və bu dəstək mütləq olacaq".

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (87)

Əsas mövzular