Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftin qiyməti yenidən nə vaxt qalxacaq? Ekspert cavab verir

© AP Photo / Hasan JamaliНефтяные насосы, фото из архива
Нефтяные насосы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Energetika naziri Aleksandr Novak neft qiymətlərinin daha da düşməsini istisna etmir. Lakin onun fikrincə, bu uzun müddət davam etməməlidir.

BAKI, 3 aprel — Sputnik. Rusiyanın Energetika Nazirliyi neft qiymətlərinin daha da düşməsini istisna etmir, lakin düşmə uzun müddət davam etməməlidir. Bu barədə ölkənin Energetika naziri Aleksandr Novak bildirib.

Журналисты стоят перед входом в штаб-квартиру Организации стран-экспортеров нефти (ОПЕК) - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan neft danışıqlarına hazırlaşır – Dəvət gəlib

"Biz qiymətin aşağı düşəcəyini istisna etmirik, çünki bu, görünməmiş bir dövrdür, heç vaxt belə bir şey olmayıb, amma bu, o demək deyil aşağı qiymət mütləq uzun müddət qalacaq", – Novak deyib.

Çərşənbə günü Rusiyanın "Urals" markalı neftinin qiyməti antirekordu yeniləyərək şimal-qərbi Avropada bir barelə 10,54 dollar səviyyəsində dayanıb. Bu, 1999-cu ilin martından etibarən ən aşağı qiymətdir. "Brent" markalı neft ilə müqayisədə "Urals" neftinə edilən endirim də dəyişməz qalıb - bir barelə 4,75 dollar. Aralıq dənizi regionunda "Urals" neftinin qiyməti çərşənbə günü minimum həddə enərək bir barelə 12,79 dollar səviyyəsində qərarlaşıb. "Brent" nefti ilə müqayisədə endirim 2,5 dollar səviyyəsində qalıb.

Enerji İnkişafı Fondunun direktoru Sergey Pikin Radio Sputnik-in efirində neftə tələbatın dinamikasına dair proqnozunu təqdim edib.

"Aprel ən çətin ay olacaq, çünki tələbatın düşmə piki aprelə təsadüf edir: bütün dünya karantində oturub, bütün inkişaf etmiş ölkələr və ən böyük inkişaf etməkdə olan iqtisadiyyatlar karantindədir. Ümid yalnız Çinə qalır, lakin başqa ölkələrdə hər şeyin dayandığı bir vaxtda tək bir Çin tələbi çəkib qaldıra bilməz. Buna görə də, apreldə biz belə anti-rekordlar izləyəcəyik. Bərpa yalnız dünyanın ən böyük iqtisadiyyatlarının karantindən çıxmasından sonra başlayacaq. Ancaq bu apreldə yox, ən yaxşı halda may-iyun aylarında baş verə bilər. Və tədricən vəziyyətdən çıxış mümkün olacaq, indi isə biz minimuma yaxınlaşırıq", – Pikin hesab edir.

Neftin qiyməti martın əvvəlindən azalmaqdadır. Aprelin 1-də hasilatın ixtisarına dair OPEC+ sazişinin fəaliyyətini dayandırmasından sonra qiymətlərin düşməsi sürətlənib. Cümə axşamı, neftin ucuzlaşması fonunda Səudiyyə Ərəbistanı saziş iştirakçısı olan ölkələri təcili olaraq görüşə çağırıb.

Xəbər lenti
0