CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Adı Çinin, qiyməti imkan versə, dadı bizim - portağal da "sürət yığır"

© AFP 2023 / LIONEL BONAVENTUREПродажа апельсинов, фото из архива
Продажа апельсинов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Çin alması" adlandırılan portağalın mövsümü bitib. Amma Amerika seriallarından hər səhər yeməyində bir stəkan təzə sıxılmış portağal şirəsi içməyi adət götürənləri bu günlərdə qiymət pəjmürdə edib

Nigar İsgəndərova, Sputnik Azərabaycan

BAKI, 1 aprel — Sputnik. Dünyanın əksər ölkələrində koronavirusun yayılması ilə əlaqədar olaraq bir çox qidalara, meyvə və meyvə şirələrinə, o cümlədən də portağal və portağal şirəsinə tələbat artıb. Dünya bazarlarında portağal şirəsinin qiyməti qalxıb: öncəki ayla müqayisədə martda 20 faiz bahalaşıb. Bunun da səbəbi kimi tələbatın artması fonunda malların daşınması üçün nəqliyyat probleminin olmasıdır. Yəni bazara olan təklif nisbətən azalıb.

Qiymət artımı ilə bağlı proqnozlara gəldikdə, qarşıdakı aylarda azalma gözlənilmir.

© Sputnik / Nigar IskanderovaBakıda marketdə portağal satışı
Adı Çinin, qiyməti imkan versə, dadı bizim - portağal da sürət yığır - Sputnik Azərbaycan
Bakıda marketdə portağal satışı

Qeyd edək ki, dünya bazarlarında portağal şirəsi 2015-ci ildən bu yana bu il ilk dəfə olaraq daha çox qazanc gətirib. Sputnik Azərbaycan ölkəmizdə portağal idxalı və ixracı ilə bağlı rəqəmləri araşdırıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə 12007.04 min ABŞ dolları dəyərində təzə və ya qurudulmuş portağal idxalı 16741.89 ton olub. 299.51 min ABŞ dolları dəyərində isə 123.11 ton dondurulmuş portağal şirəsi idxal olunub.

599.81 min ABŞ dolları dəyərində 566.58 ton olmaqla dondurulmamış portağal şirəsi (Briks ədədi 20-dən az olmaqla) idxal edilib. Dəyəri 0.97 min ABŞ dolları civarında 1.22 ton dondurulmamış portağal şirəsi (Briks ədədi 20-dən az olmaqla) ixrac edilib.

Həmin ildə 121.42 min ABŞ dolları dəyərində isə 60.79 ton digər portağal şirəsinin idxalı baş tutub.

Cari ilin yanvarında isə 1148.27 min ABŞ dolları dəyərində 1646.7 təzə və ya qurudulmuş portağal idxalı həyata keçirilib. 11.02 min ABŞ dolları dəyərində 5.49 ton dondurulmuş portağal şirəsi, 42.44 min ABŞ dolları dəyərində 39.44 ton dondurulmamış portağal şirəsi (Briks ədədi 20-dən az olmaqla) idxal edilib.

© Sputnik / Nigar IskanderovaBakıda marketdə portağal satışı
Adı Çinin, qiyməti imkan versə, dadı bizim - portağal da sürət yığır - Sputnik Azərbaycan
Bakıda marketdə portağal satışı

Azərbaycanın naringi ixracı olsa da, göründüyü kimi, portağal ixracı yoxdur. Artıq portağal mövsümü yekunlaşmaq üzrə olsa da, dünya bazarlarında qiymətlərdə qalxma müşahidə edilir. Bu da tələbin artması ilə əlaqədardır. Belə ki, hazırda yerli bazarlarda portağalın qiyməti 1.99 - 2.50 manat arasında dəyişilir.

Lənkəranda portağal istehsalı ilə məşğul olan Arif Nəzirov Sputnik Azərbaycan-a açıqlamasında tələbat haqda danışıb. Sitrus bağının ərazisi təxminən 60 hektar olan Arif Nəzirovun bağında 30 portağal ağacı var: "Ümumi sitrus ağaclarımın sayı 550, ərazim isə 60 sotdur. Bu il portağalı 1 manat, 1 manat 20 qəpikdən satmışam. Onu deyim ki, öncəki illərlə müqayisədə həm alıcılığı, həm də bazarım, yəni qazancım qaneedicidir".

"Ötən il 80 qəpikdən satırdımsa, bu il qiymətlər artıb. Ötən il fermerlər öz ərazilərindən ən azı 800 kilo yığırdılarsa, bu il ən azı 1 ton yığmışıq. Şükür ki, məhsulumuz da əlimizdə qalmayıb. Artıq bütün məhsullarımızı satmışıq. Gələn il üçün hazırlaşırıq", - deyə o əlavə edib.

Xəbər lenti
0