CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha qənaətə öyrəndik, limiti qaldırmaq olar

© pixabay / PexelsЭлектричество, фото из архива
Электричество, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Əhali üçün elektrik enerjisinə tətbiq edilən limitin ümumiyyətlə ləğv edilməsi daha yaxşı olar"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 aprel — Sputnik. Elektrik enerjisi istehlakında tətbiq edilən limitin artırılması gündəmdədir. Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: "Elektrik enerjisinin kommunal limitinin artırılması təkliflər arasında var. Karantin şərtlərinə görə insanlar daha çox vaxtı evlərində keçirirlər və bu da elektrik enejisindən istifadənin artmasına gətirib çıxara bilər".

Президент Ильхам Алиев принял министра экономики Микаила Джаббарова - Sputnik Azərbaycan
Prezidentdən pandemiyadan zərər çəkənlərə mühüm mesaj

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

Onu da bildirək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpikdir.

Limitin artırılması ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, əhali üçün elektrik enerjisinə tətbiq edilən limitin ümumiyyətlə ləğv edilməsi daha yaxşı olar:

"Vətəndaşlar evdə qaldıqca daha çox kommunal xərcləri artır, o cümlədən elektrik enerjisindən istifadə edirlər. Yəqin, kommunal xidmətlərin ödənişi üçün müəyyən yardım paketi də olacaq. Əhali üçün elektrik enerjisinə tətbiq edilən limitlər artırılsa, bu, yəqin, mövcud limitdən 50 faiz artıq olacaq. Limit 450-500 kilovat-saatadək qaldırıla bilər".

"Çox güman ki, qaz limiti ilə də bağlı müəyyən addımlar atılacaq. Amma burada məsələ odur ki, havalar istiləşdikcə qaz istehlakında təbii azalma olur. Ona görə də qaz limiti ilə bağlı qərarın verilməsini sonraya saxlaya bilərlər. Amma ümumiyyətlə limitlərin ləğv edilməsi daha yaxşı olar. Limitlər ona görə qoyulmuşdu ki, insanlar qənaət rejimində bunları işlətsinlər və artıq insanlar qənaət rejiminə öyrəşiblər", - deyə ekspert bildirib.

Кошелек с манатами, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Birilərinin "hava udmaq" istəyinin güdazına gedənlər: dövlət onlar üçün paket hazırlayır

O bildirib ki, dünyanın bir çox yerlərində bu istiqamətdə fərqli tariflər mövcuddur: "Məsələn, Türkiyədə bayram günləri ümumiyyətlə tariflər hesablanmır. Pik saatlarda tariflər baha olur, gündüz saatlarında isə ucuz olur. Yəni bu məsələlərə Türkiyədə çevik və diferensial yanaşma var. Azərbaycanda limitin tətbiq edilməsi insanları qənaət etməyə öyrətmək idi. Vaxtilə limitin tətbiqi doğru yanaşma idi. Amma artıq insanlarda qənaət etmək davranışları yaranıb. Ona görə də indiki şəraitdə limitin ləğvi doğru olar".

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanın antiböhran proqramı 2,5 mlrd. manat təşkil etməklə ÜDM-in 3,1%-ni təşkil edir: "Qlobal şokların Azərbaycana təsirini azaltmaq üçün hökumətin dəstək proqramı zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək. İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi qrupu sahələrin zərər çəkməsini üç dərəcədə qiymətləndirib - ən çox, əhəmiyyətli və minimal ziyan çəkən sahələr. Belə yanaşma dəstək proqramının ədalətliliyi və ünvanlılığı, habelə resursların səmərəli istifadəsi baxımından əhəmiyyətlidir. Dövlətin dəstək proqramları çərçivəsində kommunal xidmətlərin limiti artırılacaq və sərnişindaşımada sistem əhəmiyyətli müəssisələr və s. qurumlara da dəstək veriləcək".

Xəbər lenti
0