23:21 02 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
58 0 0

“Brent” sonuncu dəfə bu markalı neft 2003-cü ilin mayında bu səviyyədə olub, WTI markalı neft sonuncu dəfə 2002-ci ilin martında bu qiymətə satılıb.

BAKI, 17 mart — Sputnik. “Brent” markalı neftin 2020-ci ilin may ayı fyuçerslərinin qiyməti 13,3%azalaraq bir barel üçün 24,6 ABŞ dollarına qədər ucuzlaşıb.

Bu barədə Sputnik Azərbaycan Bloomberg-ə istinadən xəbər verir ki, sonuncu dəfə bu markalı neft 2003-cü ilin mayında bu səviyyədə olub.

Agentlik bildirib ki, WTI markalı neftin qiyməti də 21,3 faiz ucuzlaşıb və hazırda bu markalı neftin bir barelinin qiyməti 20,4 ABŞ dollarıdır. WTI markalı neft sonuncu dəfə 2002-ci ilin martında bu qiymətə satılıb.

Əsas mövzular