22:15 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
120710

Azərbaycan fevralın 29-u İranla, martın 13-ü Gürcüstanla, 14-də isə Türkiyə ilə sərhədlərini bağlayıb. Sıx ticari-iqtisadi əlaqələrimiz olan qonşularımızla sərhədlərin bağlanması cəmiyyətdə qida çatışmazlığının ola biləcəyi ilə bağlı qorxu yaradır

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 mart — Sputnik. Martın 16-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub. Telefon danışığı zamanı koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparılıb.

Hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib. Yük maşınlarının sürücüləri istisna təşkil edəcəklər.

Qeyd edək ki, Azərbaycan fevralın 29-u İranla, martın 13-ü Gürcüstanla, 14-də isə Türkiyə ilə sərhədlərini bağlayıb. Sıx ticari-iqtisadi əlaqələrimiz olan qonşularımızla sərhədlərin bağlanması cəmiyyətdə qida çatışmazlığının ola biləcəyi ilə bağlı bir qorxu yaradır. 

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında ajiotaja əsas olmadığını bildirib: “Hələlik sərhədlər insanların axını, həmin ölkələrə gedib-gəlmələri üçün bağlanıb. Ancaq ticarət əlaqələri ilə bağlı heç bir məhdudiyyət yoxdur".

"Düzdür, insanlarda belə bir qorxu var ki, marketlərdə ərzaq tükənə bilər, bu səbəbdən daha çox alış-veriş edərək ehtiyat yığmağa çalışırlar. Lakin hələlik buna əsas yoxdur. Çünki ticarət əlaqələri davam edir və qida ehtiyatı da kifayət qədərdir. Yaxın həftələrdə də vəziyyət belə olacaq”, - deyə iqtisadçı əlavə edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2372,3 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 1651,4 milyon dollarını və ya 69,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 720,9 milyon dollarını (30,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 930,5 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2019-cu ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 5,5 faiz, real ifadədə 18,1 faiz, o cümlədən idxal 45,0 faiz azalıb. İxracda isə 0,5 faiz artım müşahidə olunub. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,2 faizi Rusiya, 15,8 faizi Çin, 14,1 faizi Türkiyə, 6,1 faizi Almaniya, 4,1 faizi ABŞ, hər biri 3,9 faiz olmaqla Türkmənistan və İtaliya, 3,5 faizi Ukrayna, 3,3 faizi İran, 2,6 faizi Birləşmiş Krallıq, 1,9 faizi Fransa, hər biri 1,8 faiz olmaqla Koreya və Yaponiya, 1,3 faizi Meksika, 19,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2019-cu ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayında bitki yağlarının idxalı 6,8 faiz, çay – 1,9 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 40,3 faiz, təzə tərəvəz – 8,5 faiz, minik avtomobilləri – 2,5 dəfə, polad prokatı – 47,6 faiz, qara metallardan çubuqlar – 2,3 dəfə, hesablama maşınları, blok və qurğuları – 1,6 dəfə, yük avtomobilləri – 35,8 faiz,  polietilen – 30,9 faiz, avtobuslar – 2,0 dəfə, paltaryuyan maşınlar – 42,1 faiz, məişət soyuducuları – 2,5 dəfə artmış, buğda idxalı isə 54,4 faiz, təzə meyvə – 6,4 faiz, kartof – 13,5 faiz, quş əti və onun əlavə məhsulları – 10,5 faiz, mal əti – 12,2 faiz, xam şəkər və şəkər – 81,1 faiz, siqaret – 94,3 faiz azalıb.

Əlaqədar

Alimlərdən xəbərdarlıq: Koronavirusa görə bir il sosial izolyasiyada yaşamalı olacağıq
Cəza tədbiri qanuna salındı: Epidemiya əleyhinə rejimi pozanlara qarşı tədbir görüləcək
Bundestaqda təklif: Rusiyanın üzərindən sanksiyalar qaldırılsın
Metronun təcrübəsi indi ticarət məkanlarında: hərdən qulaqcıqları çıxarın
Xaricdən sifarişləri hələlik unudun: Poçt göndərişlərinin qəbulu dayandırıldı

Əsas mövzular