CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəlin donlarını hələlik unutmaq olar, dişlərlə saç vacibdir

© AFP 2023 / MENAHEM KAHANAНевеста в свадебном платье, фото из архива
Невеста в свадебном платье, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Cari ilin fevralında mebelin, paltaryuyan maşınlarının təmiri, dişlərin müaliсəsi, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi, kişilər üçün saç kəsimi xidmətlərində bahalaşma müşahidə olunub

BAKI, 17 mart — Sputnik. Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı xidmət növlərindən daha çox bahalaşma gəlinlik donunun kirayəsində müşahidə olunub. Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gəlin donlarının kirayəsi ilə yanaşı, bəzi xidmətlərdə də qiymət artımı müşahidə olunub.

Belə ki, cari ilin fevralında mebelin, paltaryuyan maşınlarının təmiri, dişlərin müaliсəsi, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi, kişilər üçün saç kəsimi xidmətlərində bahalaşma müşahidə olunub.

Ucuzlaşma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xəbər lenti
0