08:36 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
24 0 0

"Cəmiyyətin virusa bundan sonrakı reaksiyasından asılı olaraq neftə olan tələbat da azalacaq" - Bloomberg

BAKI, 15 mart — Sputnik. 2020-ci ildə dünyada neftə olan tələbat  koronavirus və ona qarşı görülən mübarizə tədbirləri sayəsində tarixdə ən aşağı həddə düşə bilər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə "Bloomberg" ekspertlər arasında keçirilmiş sorğuya istinadən yazır.

 "Səfərlərin qadağan olunması, evdən iş, ləğv edilmiş məzuniyyətlər və tədarük zəncirinin qırılması yanacağa olan tələbatı azaldır. Cəmiyyətin virusa bundan sonrakı reaksiyasından asılı olaraq neftə olan tələbat da azalacaq", - agentlik yazır.

Treyderlərin 2019-cu ildə gündə 100 milyon barrel olan tələbatın bu il bütün tarix boyu ən aşağı səviyyəyə düşmək qorxusu artır. 

Azalma 2009-cu ildəki resessiya zamanı qeydə alınan sutkada 1 milyon barel, hətta 1980-ci ildə, ikinci neft böhranından sonra 2,65 milyon barel enmə səviyyəsindən də çox ola bilər. Bundan başqa, bəzi treyderlər hesab edirlər ki, neft qiymətləri hətta birrəqəmli həddə də düşə bilər. Yəni 1997-1999-cu illərdə Səudiyyə Ərəbistanı və Venesuela arasındakı qiymət müharibəsi zamanı olduğu kimi.

"Tələbatla bağlı bu cür vəziyyəti biz heç vaxt görməmişik", - Trafigura Group treydinq qrupunun baş maliyyəçisi Saad Rahim deyib.

"Biz tələbatın həddən artıq düşəcəyini görəcəyik", - Vitol Group-un baş maliyyəçisi Covanni Serio bildirib.

Goldman Sachs proqnozlaşdırır  ki, fevraldan aprelədək neftə olan tələbat hər ay sutkada 4 milyon barel azalacaq. Digər investorlar isə daha bədbindirlər. Məsələn, Andurand fondunun hesablamalarına görə, tələbat birinci rübdə və hətta ondan sonra da sutkada 10 milyon barel azala bilər.

Trafigura da öz növbəsində gözləyir ki, yaxın zamanlarda neftə olan tələbat sutkada 10 milyon barel enəcək. Düzdür, agentlik qeyd edir ki, bu proqnoz hələlik yaxın dövr üçündür, rüblük və ya illik deyil.

IHS Markit konsaltinq şirkəti isə il ərzində tələbatın 1,42 milyon, ən pis senari halında isə hətta 2,8 milyon barel azalacağını proqnozlaşdırır. Digər konsaltinq şirkəti FGE isə hesab edir ki, 2020-ci ildə göstərici sutkada 1,3 milyon barel enəcək.

Əlaqədar

Neftin qiymətlərini yaxın dövrdə nə gözləyir – ekspert şərh edir
Ərəblər neft bazarını alt-üst edir – 25 dollara satacaqlar
Təşvişə düşməyin: bir həftə ərzində bazara təxminən bir milyard dollar “atılıb”
Rusiya şantaj qarşısında: Vaşinqton və Ər-Riyad nəyə görə təzyiq göstərirlər?
Koronavirus, neft və manatın taleyi – Bizi yaxın vaxtlarda nələr gözləyir?

Əsas mövzular