22:38 03 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
8 0 0

Energetika Nazirliyi fevral ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib

BAKI, 10 mart — Sputnik. 2020-ci ilin fevral ayı üzrə Azərbaycanda gündəlik neft hasilatı 750,6 min barrel olub. Bunun 667,4 min barrelini xam neft, 83,2 min barrelini kondensat təşkil edib. Bu barədə Energetika Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib. Qeyd olunub ki, gündəlik 530,3 min barrel xam neft, 79,6 min barrel kondensat, 12,4 min barrel neft məhsulları ixrac edilib.

Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamaq öhdəliyini artıqlaması ilə yerinə yetirib.

Energetika Nazirliyi fevral ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında qəbul edilmiş Razılaşmaya uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. "Əməkdaşlıq Bəyannaməsi"nin icrası 2020-cu ilin mart ayının sonunda başa çatır.

Əlaqədar

Azərbaycan iqtisadiyyatı neftin qiymətlərinin qəflətən oynamasına hazırdırmı?
Azərbaycan neftinin qiyməti "Brent"dən də aşağı düşdü
Biz hazır idik – Rusiya neft ssenarisini hazırladığını etiraf etdi
Neftlə bağlı daha bir proqnoz
"Bazarda qan töküləcək" - Neft şoku dünya mətbuatında

Əsas mövzular