CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan iqtisadiyyatı neftin qiymətlərinin qəflətən oynamasına hazırdırmı?

© AP Photo / Richard Drew Нью-Йоркская фондовая биржа, фото из архива
 Нью-Йоркская фондовая биржа, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
OPEC+ üzvlərinin nəticəsiz görüşündən sonra dünya bazarında neftin qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsi Azərbaycanın da gəlirlərinin azalmasına gətirib çıxaracaq

Bazar ertəsi neftin qiyməti dünya bazarında 30% dəyərdən düşüb. Qiymət müharibəsini Səudiyyə Ərəbistanı Rusiyanın OPEC ölkələri ilə sözü düz gəlməyəndən sonra başladıb. Nəticədə dünyada neftin qiyməti sürətlə aşağı düşüb.

Mütəxəssislərin proqnozlarına görə, OPEC+ üzvlərinin nəticəsiz görüşündən sonra dünya bazarında neftin qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsi Azərbaycanın da gəlirlərinin azalmasına gətirib çıxaracaq. Lakin büdcənin icrası ilə bağlı hər hansı problem gözlənilmir.

Martın 11-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində tanınmış ekspertlər – İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev və Rus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov neft qiymətlərinin kəskin enməsinin Azərbaycan iqtisadiyyatına təsiri və iqtisadiyyatın neft asılılığının azaldılması üçün görülən tədbirlərin xarakteri barədə danışacaqlar.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84 / 85

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Xəbər lenti
0