Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Bazarda qan töküləcək" - Neft şoku dünya mətbuatında

© © AP Photo/Hasan Jamali, FileНефтяной насос в пустыне в Бахрейне, фото из архива
Нефтяной насос в пустыне в Бахрейне, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gələn ay Səudiyyə Ərəbistanı hasilatı gündə 10 milyon barrelədək artırmağı planlaşdırır, bu azmış kimi, lazım gələrsə, hətta onu maksimal mümkün həddə - gündə 12 milyon barelə çatdıra bilər

BAKI, 9 mart — Sputnik. Dünya KİV-ləri neftin qiymətinin kəskin düşməsinə reaksiya verərək mümkün iqtisadi nəticələrə görə narahatlıqlarını ifadə ediblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bazar ertəsi OPEK+ razılaşmasının iflası fonunda Brent neftinin qiyməti 30% enərək bir barel üçün 31.43 dollar təşkil edib. Bundan sonra isə beynəlxalq valyuta bazarında dollar və avronun məzənnəsi qalxıb. Dünya birjaları işinə güclü enişlə başlayıb.

Britaniyanın "Times" qəzeti yazır ki, Səudiyyə Ərəbistanı neft sahəsində Rusiya ilə müharibəyə başlayıb. Analitiklərdən biri bunu "neft bazarında müharibə elan edilməsinin ekvivalenti" adlandırıb. "Financial Times" isə qeyd edir ki, neft müharibəsi ABŞ-da "zibil istiqrazları"nın bazarı üçün də təhlükəli olacaq. Neftin qiymətinin düşməsinin effektlərini şərh edərkən başqa bir ekspert bəyan edib ki: "bazar ertəsi bazarda qan töküləcək".

"Rapidan Energy Group"un əməkdaşı bildirib ki, bu qiymətlərin kəskin düşməsinin "hələ başlanğıcıdır".

"Wall Street Journal" yazır ki, neft qiyməti rekord həddə düşüb. Sonuncu dəfə qiymət 2016-cı ildə "dibi görmüşdü". Bütün bunlar isə "Saudi Aramco" neft şirkətinin qiymətləri endirəcəyi bəyanatından sonra baş verdi, nəşrin fikrincə, bu bəyanat Səudiyyə Ərəbistanı ilə Rusiyanı münasibətlərini korlaya bilər. 

Выброс нефти, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Neft sürətlə ucuzlaşır – Son üç ildə ən aşağı qiymət

Nəşr OPEK iştirakçıları və səudiyyəlilərə istinadən bildirir ki, bu fəaliyyət bazarda Moskvanın payını ələ keçirmək üçün "aqressiv kampaniya"nın bir hissəsidir.  Bildirilir ki, gələn ay Səudiyyə Ərəbistanı hasilatı gündə 10 milyon barrelədək artırmağı planlaşdırır, bu azmış kimi, lazım gələrsə, hətta onu maksimal mümkün həddə - gündə 12 milyon barelə çatdıra bilər.  Qəzet yazır ki, qiymətin kəskin düşməsinə koronavirusun iqtisadiyyata təsiri də səbəb ola bilər. "Wall Street Journal" həmçinin bildirir ki, Asiyada qızıl bazarında qiymətlər yeddi il ərzində maksimal həddə çatıb və mümkündür ki, bu yüksəliş davam etsin.

"New York Times" isə öz növbəsində qeyd edir ki, neftin qiyməti 20%-dən çox düşüb, bu isə "ən azı 1991-ci ildən bəri ən kəskin azalmadır". Qəzet hesab edir ki, Səudiyyə Ərəbistanı ilə Rusiya razılığa gələ bilərlər, amma böhran davam edərsə, "neftin qiymətinin, ən azından son beş il ərzində, ən aşağı həddə çatmasına heç nə mane ola bilməyəcək".

Qəzet əlavə edir ki, neftin qiymətinin bu cür enməsi "bütün dünyada istehsalçılara", xüsusilə "neft iqtisadiyyatı" ABŞ sanksiyaları altında əzilən Venesuela və İrana ziyan vuracaq. Aşağı qiymətlərin uzun müddətə bərqərar olması eləcə də Amerikanın böyük borcu yığılmış neft şirkətlərinə iqtisadi təzyiqi də artıracaq. Bu zaman Nigeriya, Anqola və Braziliya kimi neftdən asılı ölkələr də güclü iqtisadi çöküşdən zərər görə bilər.

"Washington Post" qeyd edir ki, "koronavirusun törətdiyi yeni neft müharibəsi qiymətlərin kəskin enməsinə səbəb oldu". Qəzet yazır ki, hasilatın azaldılması barədə razılıq mümkündür: OPEK-in məşvərət səviyyəsində iclası martın sonuna planlaşdırılıb". Nəşr "Exxon" şirkətinin Yaxın Şərq üzrə keçmiş eksperti Əli Hədərinin sözlərini sitat gətirir. O, özünün Twitter  hesabında yazmışdı ki, 20 dollarlıq neft 2020-ci il üçün tamamilə realdır. Onun sözlərinə görə, neftin qiymətlərinin kəskin düşməsi "böyük geosiyasi nəticələrə səbəb olacaq".

Xəbər lenti
0