CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəhayət, haqqın yolunu tapdıq: pullu kişilərdən bir fayda yoxmuş

© REUTERS / RODRIGO GARRIDOРесепшн отеля, фото из архива
Ресепшн отеля, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
"Ölkəmizdə insanların asudə vaxtı var, dincəlmək üçün onların çoxu üz tutur Gürcüstana. Biz beləcə həm daxili, həmçinin də xaricdən gələn azbüdcəli turistləri itiririk"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 fevral — Sputnik. Azərbaycanda nəhayət ki, turizm sahəsində kiçik sahibkarlara dəstək veriləcək. Dövlət Turizm Agentliyi regionlarda orta və az büdcəli otellərin inşa edilməsini dəstəkləyir. 

Tovuz rayonunun Çataq kəndi - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Çağırılmayan qonağa süpürülməmiş yer və ya Turist kəndin dadını necə çıxarsın?
Bunu Agentliyin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. Onun sözlərinə görə, burada söhbət daha çox 3 ulduzlu otellərdən gedir. K.Quluzadə artıq bununla bağlı təkliflərin də hazırlandığını bildirib: "Bunun üçün paket şəkilində təkliflər hazırlanıb və digər strukturlarla müzakirə edilir. Burada investorlar üçün daha əlverişli şərait yaradılması məsələsi əksini tapıb. Yəni ki, investorlara həm vergi güzəştləri, həm kreditləşmədə güzəştlərin olması məsələsi müzakirə olunur".

Qeyd edək ki, ölkəmizdə azulduzlu otellərin, yerləşmə yerlərinin azlığı uzun illərdir ki, problem olaraq qalır. Turizmin inkişaf etdiyi bölgələrdə ancaq çoxulduzlu otellərin tikilməsi turizm xidmətlərinə əlçatanlığı azaldır. Nəticədə həm daxildəki, həm də xaricdəki azbüdcəli turistlər turizmin ucuz olduğu ölkələrə üz tuturlar. DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, azulduzlu otellərin inşasının dəstəklənməsi turizmin inkişafı baxımından vacibdir: "Biz uzun illərdir ki, bu haqda danışırıq. Kənd təsərrüfatında kiçik sahibkarlığın dəstəklənməsi üçün alətlər var. Onlara güzəşli kreditlər, subsidiyalar verilir. Amma turizmdə bu cür iqtisadi alətlər yoxdur.

Ölkəmizin turizmin inkişaf etdiyi bölgələrində ancaq çoxulduzlu otellər inşa olunub. Bizdə hədəf əsasən bahalı turistləri cəlb etməkdir. Bu isə turizmi inkişafdan saxlayır. Biz ancaq bahalı turistləri nəzərdə tutub otel inşa edə bilmərik. Bizə azbüdcəli turistlər də lazımdır.

Ölkəmizdə insanların asudə vaxtı var, dincəlmək üçün onların çoxu üz tutur Gürcüstana. Biz beləcə həm daxili, həmçinin də xaricdən gələn azbüdcəli turistləri itiririk. Çox yaxşı olardı ki, turizmin inkişaf etdiyi bölgələrimizdə azulduzlu otellər və yerləşmə yerləri inşa edilsin".

Turistlər palatkada, arxiv şəkli - Sputnik Azərbaycan
Mənim könlüm sərxoşdur ulduzların altında: bizi Avropada hiss etdirəcək yenilik gəlir

S.Dübəndi deyir ki, az ulduzlu otellərin inşası üçün dəstək mexanizminin yaradılması vacibdir: "Çox istərdik ki, bu məsələ ilə bağlı məsləhətləşmələr olsun, biz də öz təkliflərimizi verək".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin Azərbaycandakı illik və aylıq inflyasiya ilə bağlı məlumatında da ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərdən otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ictimai iaşə xidmətlərinin qiymətlərində bahalaşma olduğu bildirilir. Məlumat üçün onu da qeyd edək ki, hazırda Azərbaycanda 649 otel fəaliyyət göstərir. Ondan 44-ü ötən il açılıb. Onun 32-si Bakıda, 12-si regionlarda fəaliyyətə başlayıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, ölkəmizdə otel və hostellərin tikilməsi prosesi davam edir.

Xəbər lenti
0