CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda unikal yarış başlanır - 2020 dəqiqə çəkəcək

© pixabay / rawpixelСтартаперы, фото из архива
Стартаперы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
29 fevral saat 20:20-də başlayacaq yarış 2020 dəqiqə müddətində davam edərək 2 mart saat 06:00-da yekunlaşacaq.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. 29 fevral – 2 mart tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Eazi Start" Startap və İnnovasiya Mərkəzi və Azərbaycan Sənaye Korporasiyasının təşkilatçılığı, "Bakcell" şirkətinin sponsorluğu ilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində müasir istixana kompleksinin daxilində "AgroHackathon 2020" müsabiqəsi keçiriləcək.

© Photo : AZƏRTAC“AgroHackathon 2020” müsabiqəsi ilə bağlı Aqrar Tədqiqatlar Mərkəzində keçirilən mətbuat konfransı
Azərbaycanda unikal yarış başlanır - 2020 dəqiqə çəkəcək - Sputnik Azərbaycan
“AgroHackathon 2020” müsabiqəsi ilə bağlı Aqrar Tədqiqatlar Mərkəzində keçirilən mətbuat konfransı

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə fevralın 27-də "AgroHackathon 2020" müsabiqəsi ilə bağlı Aqrar Tədqiqatlar Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasov, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev və digərləri müsabiqənin şərtləri, mükafat fondu haqqında ətraflı məlumat veriblər.

Bildirilib ki, müsabiqənin texniki tərəfdaşı Microsoft şirkətidir. "Hakaton", 24-72 saat müddətində verilmiş texniki tapşırığa uyğun olaraq müəyyən texnoloji həllin tapılması və ya hazırlanması müsabiqəsidir.

Müsabiqədə iştirak üçün ölkənin qabaqcıl ali təhsil müəssisələrini təmsil edən 50-dən artıq komanda müraciət edib. Onlardan 11 fərqli ali məktəbi təmsil edən 15 komanda müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb. İlkin seçim mərhələsindən uğurla keçmiş komandalarının ümumi say tərkibi 70, komandalardakı xanım iştirakçıların sayı isə 20 nəfərdən artıqdır.

© Photo : AZƏRTAC“AgroHackathon 2020” müsabiqəsi ilə bağlı Aqrar Tədqiqatlar Mərkəzində keçirilən mətbuat konfransı
Azərbaycanda unikal yarış başlanır - 2020 dəqiqə çəkəcək - Sputnik Azərbaycan
“AgroHackathon 2020” müsabiqəsi ilə bağlı Aqrar Tədqiqatlar Mərkəzində keçirilən mətbuat konfransı

29 fevral saat 20:20-də başlayacaq yarış 2020 dəqiqə müddətində davam edərək 2 mart saat 06:00-da yekunlaşacaq. "AgroHackathon 2020" müsabiqəsi üzrə I, II və III yerləri tutan komandalar müvafiq olaraq 6060, 4040, 2020 manat məbləğində pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Yarış zamanı Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda həm komandalar, həm də onların azarkeşləri üçün xüsusi yerlər ayrılacaq, onlar ekoloji təmiz qida və şirələrlə təmin olunacaqlar.

Qeyd edək ki, müsabiqə təşkil ediləcəyi yer və qoyulmuş problemin unikallığı cəhətdən dünyada bir ilkdir. Hakatonda hazırlanacaq həllin birbaşa müasir istixana komplekslərinin idarəetməsində tətbiq edilməsi nəzərdə tutulur.

Xəbər lenti
0