Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gülməlidir, amma donuz tükünə və səkkizayaqlı ilbizə möhtac qalacağıq

© AFP 2023 / PATRIK STOLLARZОсьминог, фото из архива
Осьминог, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Hələlik bazarda 5-8 faizədək artım müşahidə olunursa, gələcəkdə bu artımların 2 rəqəmli olacağını proqnozlaşdırmaq mümkündür" - Natiq Cəfərli

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 25 fevral — Sputnik. Ötən il Azərbaycana Çindən idxal 1432031.4 min, Çinə ixrac isə 752162.6 min ABŞ dolları dəyərində olub. Təkcə 2019-cu ildə Çindən Azərbaycana 3 min 212 adda mal, məhsul idxal olunub.

Ситуация в связи с эпидемиологической обстановкой в Польше - Sputnik Azərbaycan
ÜST SOS verdi: Virus Çin xaricində sürətlə yayılır, ölənlər var

Bu siyahıya dondurulmuş, hisə verilmiş müxtəlif balıq növlərindən tutmuş, səkkizayaqlı ilbiz, donuz və ya qaban tükü və bu tükün tullantılar, kəsilmiş güllərə kimi müxtəlif qeyri-adi məhsullar, eləcə də sarımsaq, gül kələmi, brokoli, paxlalılar, dondurulmuş tərəvəzlər, qabıqlı badam, şabalıd, qoz-fındıq, xurma, ananas, qreypfrut, kivi, sitrus meyvələr, qurudulmuş alma, qara gavalı, yaşıl çay, qara çay, vanil, darçın, zirə və digər ədviyyatlar, şokolad, makaron, bir sözlə təminatımızı qarşılaya biləcək bir çox istehlak, tikinti və digər sahələr üçün yararlı olan mal, məhsullar gətirilir. Artıq Çinlə əlaqənin kəsilməsi ölkəmizə daha ucuz gətirilən bu məhsulların müvəqqəti olaraq bazardan uzaqlaşması deməkdir. Bu isə təbii olaraq qiymətlərin yüksəlməsinə səbəb ola bilər.

Dövlət Statistika Komitəsi tərəfindən bir neçə gün öncə açıqlanan məlumata görə, 2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 102,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6 faiz, qeyri-ərzaq malları üzrə 101,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 101,5 faiz təşkil edib.

Ölkəyə böyük qıtlıq yaxınlaşır, “artıq içiləndə dərd verir su da” deyə bilməyəcəyik

Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin dekabr ayı ilə müqayisədə 100,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,3 faiz, qeyri-ərzaq malları üzrə 100,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 99,8 faiz təşkil edib.

Ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal ətinin, təzə və dondurulmuş balığın, kolbasa məmulatlarının, südün, yoqurtun, xamanın, brınza pendirinin, yumurtanın, kərə və bitki yağlarının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, şəkərin, çayın, qəhvənin, spirtli içkilərin qiymətlərində yüksəlmə, portağalın, bananın, kivinin, qozun, çuğundurun, yerkökünün, mərcinin, şəkər tozunun, energetik içkilərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. 

Ситуация в связи с эпидемиологической обстановкой в Китае  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Koronavirus: özümüzü və başqalarını necə qoruya bilərik?
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2020-ci ilin yanvar ayında ötən ilin dekabr ayına nisbətən qeyri-ərzaq mallarından parçaların, geyimin, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, divar kağızlarının, boyaların, kəsilmiş taxtanın qiymətlərində yüksəlmə, paltaryuyan maşınların, kondisionerlərin, mobil telefonların, fotoaparatların, fərdi kompüterlərin qiymətlərində isə azalma müşahidə olunub.

Maraqlıdır hazırda bazarda nə qədər bahalaşma var?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bahalaşmanın təsiri və miqyası Çindən gətiriləcək mallara qadağanın nə qədər qüvvədə olmasından asılı olacaq: "Bu müddət bir neçə ay davam edərsə, o zaman daha sürətli bahalaşmanın şahidi olacağıq. Hələlik anbarlarda saxlanılan məhsulların bazarlara çıxdığının şahidiyik. Lakin ilkin mərhələdə psixoloji təsirlərə görə qiymət artımı da müşahidə olunacaq. Sonrakı mərhələdə, yəni bazara çıxarılacaq məhsulların həcminin azalmasına görə, real qiymət artımını müşahidə edəcəyik. İş adamları analoq məhsulları başqa bazarlardan gətirsələr, onlar daha çox xərc çəkəcəklər ki, bu da bahalaşmaya səbəb olan amillər sırasında yer alacaq".

Ekspert deyir ki, idxaldan kəskin asılı olduğumuzu nəzərə alsaq, ümumiyyətlə Çin məhsullarını ən yaxşı halda Türkiyə bazarı əvəzləyə biləcək: "Lakin bu məhsulların maya dəyəri və qiyməti Çinlə müqayisədə daha yüksəkdir. Çin məhsulları o qədər keyfiyyətli olmasa da, qiymət baxımdan çox sərfəlidir".

Azərbaycana gətirilən məhsullar sırasında qeyri-ərzaq məhsullarının daha çox üstünlük təşkil etdiyini deyən ekspert bildirir ki, bu gedişlə bahalaşma tikinti bazarında da müşahidə olunacaq: "Divar kağızlarından müxtəlif boyalara kimi təmirdə istifadə olunan məhsulların əksəriyyəti Çindən gətirilir. Bu məhsulların analoqu başqa ölkələrdən gətirilərsə, bu zaman da bahalaşmanın şahidi ola biləcəyik".

"Hələlik bazarda 5-8 faizədək artım müşahidə olunursa, gələcəkdə bu artımların 2 rəqəmli olacağını proqnozlaşdırmaq mümkündür", - deyə o əlavə edib.

Xəbər lenti
0