Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İçimizdəki qurd bu dəfə bizə xeyir gətirəcək - Hər halda elə deyirlər

© Sputnik / Shahperi Abbasovaİpəkqurdu
İpəkqurdu - Sputnik Azərbaycan
Abunə olmaq
Şəki Regional Elmi Mərkəzinin alimləri "Yaqub" və "Çingiz" adlı tut ipəkqurdu cinsləri və hibridlərini patentləşdiriblər.

BAKI, 24 fevral — Sputnik. Şəki Regional Elmi Mərkəzinin alimləri tut ipəkqurdu cinsləri və hibridlərin yaradıcısı kimi patent alıblar.

Sputnik Azərbaycan AMEA-nın saytına istinadla xəbər verir ki, AR Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti 2019-cu ildə ölkə ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrinin siyahısını açıqlayıb.

Siyahıya əsasən, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin alimləri "Yaqub" və "Çingiz" tut ipəkqurdu cinsləri və "Çingiz x Yaqub" və "Yaqub x Çingiz" hibridlərinin yaradıcısı kimi patent alıblar. Sözügedən tədqiqat işləri "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı"na əsasən aparılıb.

Qeyd edək ki, ümumilikdə 2019-cu il ərzində qeydiyyata alınan 232 bitki sortu və hibridlərin müəlliflərinə patent və şəhadətnamələr verilib.

Tütünçülük və baramaçılığın inkişafına dair müşavirə keçirilib - Sputnik Azərbaycan
Tütünçülük və baramaçılığın inkişafi ilə bağlı müşavirə keçirilib

Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin 14 aprel 1972-ci il tarixli iclasının qərarı ilə akademiyanın Fizika İnstitutunun nəzdində Şəki Zona Elmi Bazası (ŞZEB) yaradılıb. Bu müəssisənin yaradılmasında məqsəd Şəki-Zaqatala iqtisadi rayonunun sənaye və kənd təsərrüfatını daha da inkişaf etdirmək, elmin qabaqcıl nailiyyətlərini istehsalata tətbiq etməklə səmərəliliyi artırmaqdan ibarət olub.

Sonralar Elmi Bazada müvafiq qruplar "Geologiya", "Genofond", "Biokimya" və "Biofizika" qrupları yaradılıb.

Akademiyanın Rəyasət Heyətinin 6 aprel 1995-ci il 13/1 saylı qərarına əsasən Şəki Zona Elmi Bazasına Şəki Regional Elmi Mərkəzi statusu verilib. Həmin qərarla Elmi Mərkəzdəki beş tədqiqat qrupu laboratoriyaya çevrilib və əlavə olaraq iki yeni - Sellərin öyrənilməsi və Folklorşünaslıq və el sənətləri laboratoriyaları yaradılaraq, laboratoriyaların sayı 7-yə çatdırılıb.

2014-cü ildə Şəki Regional Elmi Mərkəzdə AMEA-nın yeni Nizamnaməsinə uyğun olaraq, struktur dəyişiklikləri həyata keçirilib. İş şəraitimiz nəzərə alınaraq, labaratoriyalar şöbə kimi adlandırılıb.

Şöbələrin fəaliyyət istiqamətlərinə görə yeni adları Landşaftşünaslıq, Ekoloji coğrafiya, Bitkilərin biokimyası, Molekulyar biofizika, Tut ipəkqurdunun seleksiyası, Bitkilərin genofondu və biomüxtəliflik, Folklorşünaslıq və el sənətləri, Tarixi irs və etnoqrafiya şöbələri kimi təsnif edilib.

Xəbər lenti
0